Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirmövsüm Abbasov (3 oktyabr 1955, Qubaxəlilli, İsmayıllı rayonu – 22 aprel 2010) — Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı

Mirmövsüm Abbasov

Vikipediya, azad ensiklopediya
Mirmövsüm Abbasov
Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı
12 noyabr 2000 – 25 iyul 2002
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
25 iyul 2002-ci il – 11 may 2005-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1955(1955-10-03)
Doğum yeri
Vəfat tarixi 22 aprel 2010(2010-04-22) (54 yaşında)
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti siyasətçi

Mirmövsüm Abbasov (3 oktyabr 1955, Qubaxəlilli, İsmayıllı rayonu – 22 aprel 2010) — Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı

Həyatı

1955-ci il oktyabrın 3-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrarsənaye kompleksinin iqtisadiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Evlidir, 2 övladı var. 22 aprel 2010-cu ildə vəfat etmişdir.

Siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.

M. K. Abbasovun 2002-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2005-ci ildə bu vəzifədən azad edilib.

Üst