Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Te

Mirələm Mirələmov

  • Ana Səhifə
  • Mirələm Mirələmov

Mirələm Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub.

Mirələm Mirələmov
Mirələm Fərman oğlu Mirələmov
Ümumi məlumatlar
Doğum tarixi 4 noyabr 1988(1988-11-04) (37 yaş)
Doğum yeri
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Atası Fərman Mirələmov
Anası Lətifə Mirələmova
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janr muğam
Musiqi alətləri qaval, dəf
Təhsili
  • Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci,
  • Azərbaycan Milli Konservatoriyası

Mündəricat

Həyatı

Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.

Fəaliyyəti

  • 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səfir qismində çıxış edib.
  • 2021-ci ildə "Xarıbülbül" musiqi festivalında çıxış edib.
  • 2022-ci ildə Mərakeşin Fəs şəhərində Sufi Mədəniyyəti Festivalında çıxış edib.
  • 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsində çıxış edib.
  • 2022-ci ildə Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Səfərləri

  1. Rumıniya
  2. İtaliya
  3. Avstriya
  4. Almaniya
  5. İsveçrə
  6. Mərakeş
  7. Özbəkistan
  8. Qırğızıstan
  9. ABŞ
  10. İngiltərə
  11. Avstraliya
  12. Yunanıstan
  13. Gürcüstan

Mükafatları

  • Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub.
  • 2013-cü ildə Respublika muğam müsabiqəsinin qalibi olub.
  • 2013-cü ildə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının qalibi olub.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Cücələrim

  • Mart 27, 2026

    Neft Daşları

  • Mart 28, 2026

    Qunduz

  • Mart 26, 2026

    Qalay

  • Mart 28, 2026

    Üçlər ittifaqı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst