Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı.

Miskinli Vəli

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Miskinli Vəli
Vəli Alı oğlu Bayramov
Doğum adı Vəli Bayramov
Doğum tarixi
Doğum yeri Böyük Qarabulaq, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (100–101 yaşında)
Vəfat yeri Gədəbəy rayonu, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı.

Həyatı

Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.

Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır.

Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.

Miskinli Aşıq Vəli 21 dekabr 1995-ci ildə vəfat edib.

Kitabları

  • Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
Üst