Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər.
| Molla Göyçə, Mərəlik | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Ölkə | Ermənistan |
| Bölgə | Şirak mərzi |
| Əsası qoyulub | 1828 |
| İndiki adı | Mərəlik |
| Adının dəyişdirilmə tarixi | 03.01.1935 |
| Sahəsi |
|
| Əhalisi |
|
| Saat qurşağı |
|
| Poçt indeksi | 2901 |
| Xəritədə yeri | |
![]() Molla Göyçə | |
Tarixi
Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Maralik qoyulmuşdur.

