| Mollalı | |
|---|---|
| 40°57′51″ şm. e. 47°37′52″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Mollalı | |
Mollalı — Azərbaycan Respublikasının Oğuz rayonunun Sincan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Rayon mərkəzindən 32 km cənub–şərqdə, Tikanlıçayın sağında, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdür. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla–lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə–tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi yoxdur, 1 telefon var. Xaçmaz kəndinə, Bakı və Qəbələ şəhərinə gedən avtobus marşrutları kəndin 4 kilometrliyindən keçir. Dəniz səviyyəsindən yüksəkliyi 430 metrdir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 613 nəfər əhali yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Oğuz rayonu qaralamaları
- Kənd qaralamaları
- Oğuz rayonunun kəndləri

