| Molot | |
|---|---|
| Yaranma tarixi | 1919 |
| Dil | rus dili |
| Baş ofis |
|
| Ölkə |
|
Molot (az.-əski. مولوت, rus. Молот) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti.
Tarixi
1919-cu ildə Bakıda rus dilində nəşr olunmuşdur. Birinci nömrəsi 1919-cu il iyulun 9-da, sonuncu nömrəsi isə avqustun 14-də (cəmi 31 nömrə) çıxmışdır. "Molot"da Rusiya Kommunist (bolşe-viklər) Partiyasının ideya-siyasi xətti təbliğ edilir, Azərbaycan xalqının milli hökumətinə qarşı yönəldilən yazılar dərc olunurdu. Pozucu fəaliyyətinə görə "Molotun nəşri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qadağan edilmişdi, lakin qəzet 1919-cu il avqustun 19-dan 28-dək "Proletari" adı ilə nəşrini davam etdirmişdir (8 nömrə).
- Əlifba sırasına görə qəzetlər
- 1919-cu ildə yaranan qəzetlər
- 1919-cu ildə Azərbaycanda yarananlar
- 1919-cu ildə ləğv olunanlar
- Azərbaycan Xalq Cümhuriyyətində qəzetlər