Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Molot (az.-əski. مولوت‎, rus. Молот) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti.

Molot (qəzet)

Vikipediya, azad ensiklopediya
Molot
Yaranma tarixi 1919
Dil rus dili
Baş ofis
  • Bakı
Ölkə
  •  AXC

Molot (az.-əski. مولوت, rus. Молот) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti.

Tarixi

1919-cu ildə Bakıda rus dilində nəşr olunmuşdur. Birinci nömrəsi 1919-cu il iyulun 9-da, sonuncu nömrəsi isə avqustun 14-də (cəmi 31 nömrə) çıxmışdır. "Molot"da Rusiya Kommunist (bolşe-viklər) Partiyasının ideya-siyasi xətti təbliğ edilir, Azərbaycan xalqının milli hökumətinə qarşı yönəldilən yazılar dərc olunurdu. Pozucu fəaliyyətinə görə "Molotun nəşri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qadağan edilmişdi, lakin qəzet 1919-cu il avqustun 19-dan 28-dək "Proletari" adı ilə nəşrini davam etdirmişdir (8 nömrə).

Üst