| Monir Vəkili | |
|---|---|
| fars. منیر وکیلی | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 19 dekabr 1923 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 28 fevral 1983 (59 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
| Dəfn yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | incəsənət xadimi, opera müğənnisi, musiqi direktoru[d], televiziya prodüseri[d] |
| Fəaliyyət illəri | 1958–1983 |
| Janr | opera |
| Səs tembri | soprano |
| Təhsili | |
| monirvakili.com | |
Monir Vəkili (fars. منیر وکیلی, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983, Vallon Brabantı, Valloniya)— Azərbaycanəsilli İranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir.
Həyatı
Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir.
Fəaliyyəti
Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir. O, 1955–1957-ci illərdə Tehran Milli Musiqi konstervatoriyasının solisti olmuşdur. 1955–1956-cı illərdə isə Fransız institutu və Rumınya səfirliyinin hazırladığı yaradıcılıq gecələrində çıxış etmişdir. Onun ən böyük məqsədi ölkəsini beynəlxalq arenada tanıtmaq idi.
Təhsilini tamamlayıb İrana qayıdan sənətçi 1975-ci ildə İranın ilk rəsmi operasını yaratmışdır. 1951-ci ildə Monir Vəkili Berlin Gənclik Festivalında iştirak edərək qalib oldu və 1975-ci ildə "Füruğ Farruxzad" mükafatına layiq görüldü. 1958-ci ildə onun "İranlıların musiqi və rəqsləri" adlı albomu işıq üzü görmüşdür.
Həmçinin bax
- Musiqi
- Opera
- İran musiqisi
- 19 dekabrda doğulanlar
- 1923-cü ildə doğulanlar
- Təbrizdə doğulanlar
- 28 fevralda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Belçikada vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Soprano
- Əlifba sırasına görə musiqiçilər
- İran azərbaycanlıları
- Azərbaycanlı opera müğənniləri
- İran müğənniləri