| MORIS DRÜON | |
|---|---|
| fr. Maurice Druon | |
| |
| Doğum adı | Samuel Roger Charles Wild, puis Druon |
| Doğum tarixi | 23 aprel 1918[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 14 aprel 2009[…] (90 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, ssenarist, uşaq ədəbiyyatı yazıçısı |
| Fəaliyyət illəri | 1942–2009 |
| Əsərlərinin dili | fransız dili |
| Üzvlüyü |
|
| Mükafatları | |
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], Paris – 14 aprel 2009[…], Paris) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974).
Həyatı
Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir.
1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır.
İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir.
1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır.
1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir.
1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Ədəbi fəaliyyəti
1943-cü ildə Drüon, əmisi Jozef Kessel ilə birlikdə, Fransa Müqavimət Hərəkatının qeyri-rəsmi himni olan "Partizanların nəğməsini" yazmışdır.
Əsərləri
- "Odlu bulud", 1938 (novellalar)
- "Meqarey", 1942 (milli-qəhrəmanlıq dramı)
- "12 noyabr qatarı...", 1943 (salnamə şəhadətnaməsi)
- "Partizanların nəğməsi", 30 may 1943, J. Kessellə birgə
- "Avropalının məktubu", 1944 (publisistika)
- "Sonuncu briqada", 1946 (müharibə haqqında povest)
- "Düzənlik hökmdarları", 1962 ("cəngavərlik" hekayələri silsiləsi)
- "Bu dünyanın güclüləri", 1948 — 1951 (trilogiya).
- "Qeydlər", 1952
- "Həyatın şəhvəti", 1954 (naturalist roman)
- "Lənətə gəlmiş krallar" T.1—6, 1955—1960, T.7, 1977, (tarixi romanlar seriyası)
- "Dəmir kral"
- "Şato-Qayar dustağı"
- "Zəhər və tac"
- "Şərin qanunu" ("Zanbaqlara əyirmək yaramaz")
- "Fransız dişi canavarı"
- "Zanbaq və şir"
- "Kral Fransanı məhvə sürükləyəndə"
- "Qüdrətli İsgəndər və ya Tanrı haqqında kitab", 1958
- "Zevsin memuarları", T. 1 1963 və T. 2 1967 (mifoloji dilogiya)
- "Hakimiyyət", 1965
- "Birilərinin xoşbəxtliyi...", 1967 (hekayələr silsiləsi)
- "Gələcək çaşğınlıq içindədir" (fransızca "L'Avenir en désarroi"), 1968 (1968-ci ildə Fransada baş vermiş ümumxalq tətil haqqında pamflet
- 23 apreldə doğulanlar
- 1918-ci ildə doğulanlar
- Parisdə doğulanlar
- 14 apreldə vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- 90 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Böyük Lüdovik Liseyinin məzunları
- Fransa Akademiyasının üzvləri
- "Britaniya imperiyası" ordeninin cəngavər-komandorları
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- Qonkur mükafatı laureatları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa yazıçıları
- Fransız yazıçılar
- Fransa siyasətçiləri
- İkinci Dünya müharibəsində Fransa hərbçiləri
- XX əsr Fransa yazıçıları
- XX əsr Fransa yəhudiləri
