Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Morze kodu — telekommunikasiyada mətn simvollarını nöqtə və tire adlanan iki fərqli siqnal müddətinin standartlaşdırılmış ardıcıllığı kimi kodlaşdırmaq üçün ist

Morze əlifbası

  • Ana Səhifə
  • Morze əlifbası

Morze kodu — telekommunikasiyada mətn simvollarını nöqtə və tire adlanan iki fərqli siqnal müddətinin standartlaşdırılmış ardıcıllığı kimi kodlaşdırmaq üçün istifadə olunan üsul. Morze əlifbası elektrik teleqrafı üçün qəbul edilmiş sistemin ilk tərtibatçılarından biri olan Samuel Morzenin adını daşıyır.

Morze əlifbası
Radist Morze əlifbasının köməyi ilə siqnal ötürür

Beynəlxalq Morze kodu a-dan z-yə kimi 26 əsas Latın hərfini, bir vurğulu Latın hərfini (é), ərəb rəqəmlərini və durğu işarələri və prosedur siqnallarının kiçik dəstini kodlaşdıra bilir. Böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur. Hər bir Morze kodu simvolu nöqtə və tire ardıcıllığı ilə formalaşır. Siqnalın aydınlığı və operatorun bacarığına görə müddət dəyişə bilər, lakin hər hansı bir mesaj üçün müəyyən edildikdən sonra bu Morze əlifbasında əsas vaxt ölçü vahididir.

Tarixi

6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is n loser" ("Səbir edən heç vaxt uduzmur").

Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işa-rələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Rasim Balayev

  • Mart 26, 2026

    Fatimə

  • Mart 26, 2026

    Birləşmiş Ərəb Əmirlikləri

  • Mart 27, 2026

    Xurşidbanu Natəvan

  • Mart 27, 2026

    Ə

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst