| Mosul | |
|---|---|
| الموصل | |
| |
| 36°22′ şm. e. 43°07′ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| İlk məlumat | 700 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 223 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | 60, 40 |
![]() Mosul | |
Mosul (ərəb. الموصل – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir.
Tarixi
Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir.
Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir. İşğaldan bir müddət sonra ABŞ qüvvələri şəhər yaxınlığında kütləvi məzarlıq tapdığını iddia etmişdir.
Əhali
1987-ci ildə aparılmış siyahıya almaya əsasən Mosul şəhərində 664,221 nəfər əhali yaşamışdır. 2011-ci il iyul ayına olan rəsmi məlumata əsasən Mosul şəhərinin əhalisinin sayı 1,475,000 nəfər təşkil edir. Əhalisinin 1/3 hissəsini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türk xalqı təşkil edir.
Həmçinin bax
- Təlafər
- Əlifba sırasına görə yaşayış məntəqələri
- İraq qaralamaları
- Mosul
- İraq şəhərləri

