Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Keldış Mstislav Vsevolodoviç (28 yanvar (10 fevral) 1911, Riqa – 24 iyun 1978, Moskva) — riyaziyyat və mexanika sahəsində görkəmli sovet alimi. SSRİ Elmlər Akad

Mstislav Keldış

Vikipediya, azad ensiklopediya
Mstislav Keldış
rus. Мстислав Всеволодович Келдыш
Doğum adı Мстислав Всеволодович Келдыш
Doğum tarixi 28 yanvar (10 fevral) 1911(1911-02-10)
Doğum yeri
Vəfat tarixi 24 iyun 1978(1978-06-24) (67 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Kreml divarı nekropolu
Elm sahələri riyaziyyat, mexanika, fizika, Aerodinamika, kosmonavtika[d]
Elmi dərəcələri
Elmi adı
  • akademik
İş yerləri
  • Moskva Fizika və Texnologiya İnstitutu,
  • Mərkəzi Aerohidrodinamika İnstitutu (1931–1946),
  • Moskva Dövlət Universiteti (1937–1946),
  • Rusiya Elmlər Akademiyası (1960–1961),
  • SSRİ Elmlər Akademiyası (1961–1975)
Təhsili
  • Moskva Dövlət Universiteti (1927–1931)
Elmi rəhbəri Mixail Lavrentyev
Tanınmış yetirmələri Cəlal Allahverdiyev
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası,
  • Ermənistan Milli Elmlər Akademiyası,
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi,
  • Rusiya Elmlər Akademiyası (1943–1946, 1946-cı ildən),
  • Polşa Elmlər Akademiyası[d] (1962-ci ildən),
  • Amerika Riyaziyyat Cəmiyyəti[d] (1964-cü ildən),
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (1965-ci ildən),
  • Saksoniya Elmlər Akademiyası (1966-cı ildən),
  • ADR Elmlər Akademiyası (1966-cı ildən),
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1966-cı ildən),
  • Bolqarıstan Elmlər Akademiyası (1966-cı ildən),
  • Macarıstan Elmlər Akademiyası (1969-cu ildən)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1956 Sosialist Əməyi Qəhrəmanı — 1961 Sosialist Əməyi Qəhrəmanı — 1971
"Lenin" ordeni — 1945 "Lenin" ordeni — 1954 "Lenin" ordeni — 1954 "Lenin" ordeni — 1956 "Lenin" ordeni — 1961 "Lenin" ordeni — 1967 "Lenin" ordeni — 1975 "Qırmızı əmək bayrağı" ordeni — 1943 "Qırmızı əmək bayrağı" ordeni — 1945 "Qırmızı əmək bayrağı" ordeni — 1953 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Moskvanın 800 illik xatirəsinə" medalı — 1945 "Fəxri legion" ordeninin komandor dərəcəsi — 1971 "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni Order of the Red Banner of Labour Order of the Red Banner of Labour Order of the Red Banner of Labour Order of the Red Banner of Labour "Suxe-Bator" ordeni — 1975 "Monqolustan Xalq İnqilabının 50 illiyi" yubiley medalı — 1972 "Bernardo O'Higgins" ordeni — 1969 "Kiril və Mefodi" ordeni — 1969 "Georgi Dimitrov" ordeni — 1971
2-ci dərəcəli "Stalin" mükafatı — 1942 2-ci dərəcəli "Stalin" mükafatı — 1946 "Lenin" mükafatı — 1957 M. V. Lomonosov adına böyük qızıl medal — 1975
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keldış Mstislav Vsevolodoviç (28 yanvar (10 fevral) 1911, Riqa – 24 iyun 1978, Moskva) — riyaziyyat və mexanika sahəsində görkəmli sovet alimi. SSRİ Elmlər Akademiyasının akademiki, 1953-cü ildən etibarən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1960–1961-ci illərdə vitse-prezidenti, 1961–1974-cü illərdə prezidenti və 1974–1978-ci illərdə yenidən SSRİ EA Rəyasət Heyətinin üzvü olmuşdur.

M. V. Keldış 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961, 1971) adına layiq görülmüşdür.

Həyatı

Keldış Mstislav Vsevolodoviç 1931-ci ildə MDU-nu bitirmiş, sonradan MAHİ-da (Mərkəzi Aerohidrodinamika İnstitutu), MDU-da (1937-ci ildən professor) və SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda işləmişdir.

Elmi fəaliyyəti

1953–1978-ci illərdə SSRİ EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun direktoru olmuşdur. M. B. Keldışın uçuş aparatları riyaziyyat, mexanika və aeroqazodinamika sahəsində böyük əməyi olmuşdur. SSRİ-də M. B. Keldış hesablama və maşın riyaziyyatı sahəsinin inkişafında yaxından iştirak etməklə, atom və kosmik texnikası üzrə hesablama məsələlərinin effektiv metodlarını yaratmaqla elmə böyük töhfələr vermişdir. O, kosmos tədqiqatları, raket-kosmik sistemlərinin yaradılması və bu işlərin geniş yayıması üzrə təşəbbüskarlardan biridir. 50-ci illərin ortalarında süni peyklərin Yer ətrafı orbitə çıxarılması, gələcəkdə Aya və Günəş sisteminin digər planetlərinə uçuşların nəzəri əsaslarının işlənməsinə rəhbərlik etmişdir. Yerin ilk süni peyklərinin yaradılması üzrə Elmi Tədqiqat İnstitutunun (ETİ) və konstruktor-bürosunun (KB) fəaliyyətinin əlaqələndirilməsi üzrə Elmi-texniki Şuraya rəhbərlik etmişdir. M. B. Keldış Yer ətrafı kosmik fəza üzrə tədqiqatların aparılması, elmi problemlərin qoyuluşu, planetlərarası mühit, Ay və planetlərin öyrənilməsi, pilotlu uçuşlar proqramlarının həyata keçirilməsinə və həmçinin kosmik uçuşlar və idarəetmə nəzəriyyəsi, naviqasiya və istilik dəyişməsi mexanikasının bir çox problemlərinin həllinə öz bacarıq və əməyini sərf etmişdir. M. B. Keldış "İnterkosmos" proqramı üzrə xarici ölkələrlə əməkdaşlıq edərək elmi işlərə rəhbərlik etmişdir.

1942–1946-cı illərdə SSRİ Dövlət mükafatı və 1957-ci ildə Lenin mükafatına layiq görülmüşdür. 7 Lenin ordeni, 3 Qırmızı Əmək Bayrağı ordeni, medallar və bir çox xarici ordenlərlə təltif edilmişdir.

1978-ci ildə SSRİ EA tətbiqi riyaziyyat və mexanika sahəsində, eləcə də kosmik fəzanın öyrənilməsində nəzəri tədqiqatlar üzrə elmi işlərinə görə M. V. Keldış adına qızıl medal təsis etmişdir.

M. V. Keldış AMEA-nın fəxri üzvü seçilmişdir.

Üst