| Mustafa Hacıqasımov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 iyun 1883 |
| Doğum yeri | |
| Vəfat tarixi | 26 yanvar 1969 (85 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | İkinci Fəxri Xiyaban |
| Fəaliyyəti | alim |
| | |
| Təltifləri | |
Hacıqasımov Mustafa Mahmud oğlu (26 iyun 1883, Qazax, Yelizavetpol quberniyası – 26 yanvar 1969, Bakı) — ilk azərbaycanlı cərrah-ginekoloq, Azərbaycanın baş mama-ginekoloqu. professor, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan SSR Əməkdar elm xadimi, Bakıda doğum evinin yaradıcılarından biri, birinci və dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı.
Həyatı
Hacıqasımov Mustafa Mahmud oğlu 1883-cü il iyun ayının 12-də Qazax qəzasının Poylu kəndində anadan olub.
Leyla Şıxlinskayanın babasıdır.
Təhsil
1904-cü ildə Tiflis ilk kişi gimnaziyasını bitirdikdən sonra 1910-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib (H.Z.Tağıyevin təqaüdü ilə oxuyub). 1910-cu ildə 27 oktyabr 1910-cu ildə həkim dərəcəsinə layiq görüldü. Universitetin tibb fakültəsinin mama-ginekoloji şöbəsində qaldı.
Əmək fəaliyyəti
Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi, Bakıda doğum evinin yaradıcılarından biri. Birinci-dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1-ci dünya müharibəsində lazaretlərdə hərbi həkim kimi çalışmışdır.
Birinci Dünya müharicəsinin iştirakçısıydı. Məşhur rus alimi professor B.G. Prjevalskiy doktor Mustafa-Bəy-Hacıqasımova hərbi qospitaqlda həkim vəzifəsinə təsdiqlədi. G. Prjevalskİ göstərir ki, 1914-cü il dekabrın 9-dan 1916-cı il iyulun 1-dək olan müddətdə 445 xəstə və yaralı xəstəni ziyarət etdi, onlardan yalnız 2% -i öldü və bu, çox qayğı və iş görən Hacı Qasımovun böyük əməyi idi. Xarkov vilayətinin hərbi çağırış xidmətinin işə qəbul siyahısında deyilir: "Sinif sanitar milis zabitinin dərəcə həkimi Mustafa bəy Hacı Qasımov Baş Hərbi Sanitariya İdarəsinin əmri əsasında hərbi xidmətə çağırılır. 27 yanvar 1969-cu il, Bakı şəhərində vəfat etmişdir.
Təltiflər
"Lenin", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.
- 26 iyunda doğulanlar
- 1883-cü ildə doğulanlar
- Qazaxda doğulanlar
- 26 yanvarda vəfat edənlər
- 1969-cu ildə vəfat edənlər
- 85 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan professorları
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Azərbaycan həkimləri
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Xarkovda təhsil almış azərbaycanlılar
- Hacıqasımovlar
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- SSRİ Ali Sovetinin IV çağırış deputatları