| Muzey Mərkəzi | |
|---|---|
![]() Binanın Neftçilər prospektinə açılan əsas fasadı | |
| |
| Keçmiş adları | Lenin muzeyi |
| Alternativ adları | Milli Qalereya |
| Ümumi məlumatlar | |
| Status | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
| Növü | muzey |
| Yerləşmə | Neftçilər prospekti, 49 |
| Ölkə | |
| Şəhər | Bakı |
| Koordinatlar | 40°22′11″ şm. e. 49°50′33″ ş. u.HGYO |
| Təməlatma | 1952 |
| Açılma | 1957 |
| Sahibi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
| Dizayn və konstruksiya | |
| Memar | Həsən Məcidov |
| Digər məlumatlar | |
| museumcenter.az | |

Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır.
Binası

Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Bu binada aşağıdakı muzeylər yerləşir:
- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
- C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
- Azərbaycan İstiqlal Muzeyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycan İstiqlal Muzeyi
Sərgi Qalereyası
- Əlifba sırasına görə tikililər
- 1955-ci ildə tamamlanmış binalar və tikililər
- Bakı muzeyləri
- 1960-cı ildə Azərbaycanda yarananlar
- 1991-ci ildə Azərbaycanda yarananlar
- Bakının görməli yerləri
