| Muğanlı | |
|---|---|
| 40°00′53″ şm. e. 47°16′14″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Ağcabədi rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0425 |
![]() | |
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.
Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Din
Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağcabədi rayonu qaralamaları
- Kənd qaralamaları
- Ağcabədi rayonunun kəndləri
