Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru, kinodramaturq, prodüser, aktyor, teleaparıcı.
| Mübariz Nağıyev | |
|---|---|
| |
| Doğum tarixi | 28 noyabr 1970 (55 yaş) |
| Doğum yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | kinorejissor, kino prodüseri, ssenarist, aktyor, teleaparıcı |
| Fəaliyyət illəri | 2005-ci ildən |
| Təhsili | Azərbaycan Dövlət İncəsənət Universiteti, Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutu |
| Üzvlüyü | Azərbaycan Kinematoqrafçılar İttifaqı, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyası, Azərbaycan Professional Kinorejissorlar Gildiyası |
| Mükafatları | |
| IMDb | ID4423586 |
| | |
| mubariznagiyev.az | |
Həyatı və fəaliyyəti
Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Prodüserlər Gildiyasının üzvüdür.
2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin, eləcə də sənədli televiziya filmləri silsiləsinin rejissoru və aparıcısı, Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə yayımlanan "Ritmlərdəki tarix" layihəsinin aparıcısıdır.
Filmoqrafiya
| İstehsal ili | Film | ||||||
|---|---|---|---|---|---|---|---|
| Rejissor | Montaj rejissoru | Ssenari müəllifi | Prodüser | Aktyor (rol) | Janr | ||
| Narahat adam | sənədli | ||||||
| Rəssam ömrünün palitrası | sənədli | ||||||
| Üçüncü zəng | sənədli | ||||||
| Arzularını çəkən rəssam | sənədli | ||||||
| Rənglərin sehrli dünyası | sənədli | ||||||
| Ömrün rəngləri | sənədli | ||||||
| Azərbaycan: Tarixdən səhifələr | sənədli | ||||||
| Azərbaycan rəngkarlığının kraliçası | sənədli | ||||||
| Dünən qəfildən gəldi… | bədii | ||||||
| Şuşa-Azərbaycan | sənədli | ||||||
| İstədiyin yar | bədii | ||||||
| Azərbaycan mətbəxi: Dadsonrası dad | sənədli | ||||||
| İlk komandir | sənədli | ||||||
| Pəhləvan komandir | sənədli | ||||||
| İsgəndərin sorağında | sənədli | ||||||
| Batalyon | sənədli | ||||||
| Həqiqət sorağında | sənədli | ||||||
| Bu taleyi biz yaşadıq | sənədli | ||||||
| Əbədiyyətə uçuş | sənədli | ||||||
| Silahdaşlar | sənədli | ||||||
| Naməlum dahi | bədii | ||||||
| Şəkinin naxışları | sənədli | ||||||
| Bir rəssamın portreti | sənədli | ||||||
| Həyatın ilmələri | sənədli | ||||||
| Haqq aşığı | sənədli | ||||||
| Ocaq yeri | bədii | ||||||
| Tarix yazan qəhrəmanlar | sənədli | ||||||
| Köhnə radio | sənədli | ||||||
| Atəşlə yoğrulanlar | sənədli | ||||||
| "Sarı gəlin"in sorağında | sənədli | ||||||
| Böyük Qayıdışın memarı | sənədli | ||||||
| Arizi-qəmlər əlindən | bədii-sənədli | ||||||
| Ömrün-günün sonunda | bədii-sənədli | ||||||
| Başlıbel: qanla yazılmış dastan | sənədli | ||||||
| Bir yurda fəxarət | bədii-sənədli | ||||||
| Xalq üçün yaşayan adam | bədii-sənədli | ||||||
| İki həyat arasında | bədii-sənədli | ||||||
| Layla | bədii | ||||||
| Girov | serial |
Təltifləri
- Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022[mənbə göstərilməlidir]
- Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023[mənbə göstərilməlidir]
