Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbay

Mübariz Qurbanlı

Vikipediya, azad ensiklopediya
Mübariz Qurbanlı
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
21 iyul 2014 – 14 fevral 2024
ƏvvəlkiElşad İskəndərov
SonrakıSəyyad Aran (i. e.)
Ramin Məmmədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1995 – 2014; 2024 -
Azərbaycan Demokratik İstiqlal Partiyasının həmsədri
1994 – 1999
HəmsədrVaqif Kərimov
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1954(1954-01-07) (72 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Milli İstiqlal Partiyası (–1993),
  • Azərbaycan Demokratik İstiqlal Partiyası (1993–1999),
  • Yeni Azərbaycan Partiyası (1999–)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Dini İslam
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2014 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024).

Həyatı

Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.

1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.

1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.

Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olmuşdur.

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

2024-cü ildə 1 sentyabrda keçirilən Azərbaycan parlament seçkilərində 101 saylı Samux-Şəmkir seçki dairəsindən qalib gəldi. Rəsmi olaraq Azərbaycan Milli Məclisinin VII çağırış deputatı seçildi, ilk iclası 23 sentyabr 2024-cü ildə keçirildi.

Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.

Ailəlidir, iki övladı var.

Mükafatları

  • 6 yanvar 2014 — Azərbaycan "Şöhrət" ordeni.
  • 7 yanvar 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni .
Üst