Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006).

Mübariz Tağıyev

  • Ana Səhifə
  • Mübariz Tağıyev

Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006).

Mübariz Tağıyev
Ümumi məlumatlar
Doğum tarixi 31 yanvar 1948(1948-01-31) (78 yaş)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ailəsi

Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.

Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.

Filmoqrafiya

  1. Cin mikrorayonda (film, 1985)
  2. Bircəciyim (film, 1986)
  3. Yay gününün xəzan yarpaqları (film, 1986)
  4. Bəxt üzüyü (film, 1991)
  5. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: münsif)
  6. Sirr (serial, 2012)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Klod Debüssi

  • Mart 27, 2026

    Rövşən Nəcəf

  • Mart 28, 2026

    Nəriman Həsənzadə

  • Mart 28, 2026

    Everest

  • Mart 31, 2026

    Nuriyyə Hüseynova

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst