Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Müsəlman fraksiyası — 1906-cı ildən 1917-ci ilə qədər Rusiya İmperiyasının I, II, III və IV Dövlət Dumalarındakı müsəlman deputatlarının parlament qrupu.

Müsəlman fraksiyası

Vikipediya, azad ensiklopediya
Müsəlman fraksiyasının ilk və son sədrləri Ə. Topçubaşov və Q. Tevkelev, Orenburq,1908-ci il

Müsəlman fraksiyası — 1906-cı ildən 1917-ci ilə qədər Rusiya İmperiyasının I, II, III və IV Dövlət Dumalarındakı müsəlman deputatlarının parlament qrupu.

Tarixi

Dini-milli prinsip əsasında formalaşan və Rusiya imperiyasının əsasən türk-müsəlman əhalisinin - tatarların (Volqa və Krım), başqırdların, qazaxların, azərbaycanlıların və digərlərinin nümayəndələrini birləşdirən Parlament fraksiyası Duma liberal müxalifətinin bir hissəsi olmaqla, onun siyasi platforması Kadet Partiyasına yaxın olub.

Fraksiya imperiyanın milli siyasətinin ardıcıl demokratikləşməsini müdafiə edib, milli və dini bərabərliyin qanunvericilikdə təsbit edilməsini, dini-etnik ayrı-seçkiliyin ləğv edilməsini tələb edib, universal və bərabər seçki hüququ prinsiplərinə əsaslanan qanuni xalq təmsilçiliyi və yerli özünüidarəetmə institutlarının inkişafını dəstəkləyib. Fraksiya nümayəndələri Qazaxıstan torpaqlarının və su ehtiyatlarının icma mülkiyyəti (ümumi mülkiyyət) elan edilməsi; köçkünlər haqqında qanunun ləğvi; məhkəmə sisteminin və yerli özünüidarəetmə institutunun yenidəntəşkili; dörd mərhələli özünüidarəetmə sisteminin qurulması və bütün bölgələrin qazaxları üçün milli məsələləri müzakirə etmək üçün vahid yerli özünüidarə sisteminin təsis edilməsi; dini zəmində qısnamaların ləğvi və s. kimi iqtisadi və siyasi tələblər irəli sürüblər.

Tərkibi

I çağırış Dövlət Duması

  1. Zərəkiyyə bəy Şərifbəyoviç Acarski
  2. Məmmədtağı Əliyev (Konstitusyon Demokratlar partiyası)
  3. Seyid-Qəray Şaqiəhməd oğlu Alkin (Konstitusyon Demokratlar partiyası)
  4. Əbdürrəhim bəy Haqverdiyev
  5. Əbüsöqut Qəbdelxaliq oğlu Əhmədov (Konstitusyon Demokratlar partiyası)
  6. Qarif Sirəzətdin oğlu Badamşin (Konstitusyon Demokratlar partiyası)
  7. Əhməd Korğanbəy oğlu Birimjanov
  8. Əlixan Bökeyxan (Konstitusyon Demokratlar partiyası)
  9. Səlimqəray Seyidxan oğlu Jantürin (Konstitusyon Demokratlar partiyası)
  10. İsmayıl xan Ziyadxanov
  11. Altmışbay Kəlmən oğlu Kəlmənov (bitərəf)
  12. Şaymərden Qoşşığululi
  13. Baxtıgəray Əhmət oğlu Külmanov
  14. Səhipzadə Dəvlətşa oğlu Məqsüt(ov) (Konstitusyon Demokratlar partiyası)
  15. Şahişərif Midatğəli oğlu Mətinov (Konstitusyon Demokratlar partiyası)
  16. Fəizulla Kutdus Mindubaev (Konstitusyon Demokratlar partiyası)
  17. Əsədulla bəy Muradxanov
  18. Zakir Rəmiyev (Konstitusyon Demokratlar partiyası)
  19. Şahihəydər Şahiqardan oğlu Sırtlanov (Konstitusyon Demokratlar partiyası)
  20. Molla Tayın oğlu
  21. Qutlu Məhəmməd Batıgəray oğlu Təfkilev (Konstitusyon Demokratlar partiyası)
  22. Əlimərdan bəy Topçubaşov
  23. Yəmalətdin (Cəmaləddin) Xörəmşə oğlu Xörəmşin (Konstitusyon Demokratlar partiyası)
  24. Şəmsəddin Hösəen oğlu Hösəenov (Konstitusyon Demokratlar partiyası)
  25. Taştemir Eljurkay oğlu Eldarxanov (Konstitusyon Demokratlar partiyası)
  26. Ağa xan İrəvanski

II çağırış Dövlət Duması

  1. Toşpolat (Daşpolad) Əbdülxəlilov (bitərəf)
  2. Tleuli Allabergenov
  3. Hadi Atlasi (Əməkçilər partiyası)
  4. Qarif Sirəzətdin oğlu Badamşin (Əməkçilər partiyası)
  5. Əhmət Qorğanbəy oğlu Birimjanov (Konstitusyon Demokratlar partiyası)
  6. Məhəmmətəkrəm Məhəmmədjan oğlu Biqlov (Konstitusyon Demokratlar partiyası)
  7. Zeynal Zeynalov (Xalq Sosialistləri partiyası)
  8. Baxıtjan Beysəl oğlu Karatayev (Konstitusyon Demokratlar partiyası)
  9. Aslan bəy Qardaşov (Solçular)
  10. Abduvahid-kari Quriyev
  11. Şəymərdan Köşşəğul oğlu
  12. Baxtıgəray Əhmət oğlu Külmanov
  13. Şərafətdin Əbdelğəlim oğlu Kolbəyov (Konstitusyon Demokratlar partiyası)
  14. Sədri Maqsudi Arsal (Sədrətdin Nizamətdin oğlu Maksudov) (Konstitusyon Demokratlar partiyası)
  15. Səfiulla Tacətdin oğlu Maksütov
  16. Həbibrəhman Əhmətsıydik oğlu Məsəqutov (Məsqudi) (Əməkçilər partiyası)
  17. Mustafa Mahmudov (Konstitusyon Demokratlar partiyası)
  18. Əbdüreşid (Reşid) Mediy oğlu Mediyev (Konstitusyon Demokratlar partiyası)
  19. Qömər Musa oğlu Musin
  20. Salihdjan Alemdjanovich Muxamedjanov (bitərəf)
  21. Abdulla (Qabdulla) Aymalətdinoviç Nəcmətdinov (Əməkçilər partiyası)
  22. Temirğali Tüytə oğlu Nürekenov (bəzi mənbələrdə Hacı Temir Qulu) (Konstitusyon Demokratlar partiyası)
  23. Məhtumquli Nurverdixanov (bitərəf)
  24. Şahıbal Səxəütdin oğlu Seyfətdinov
  25. Bəybala bəy Sultanov
  26. Şahihəydər Şahiqardan oğlu Sırtlanov (Konstitusyon Demokratlar partiyası)
  27. İsmayıl Hacı Zeynalabdin oğlu Tağıyev (Konstitusyon Demokratlar partiyası)
  28. Qutlu Məhəmməd Batıgəray oğlu Təfkilev (Konstitusyon Demokratlar partiyası)
  29. Məhəmmətşakir Məhəmmədxaris oğlu Tukayev
  30. Muxammecan Tınışbayev
  31. Xəyrulla Əbdrahman oğlu Usmanov (Konstitusyon Demokratlar partiyası)
  32. Kəlimulla Qömər oğlu Həsənov (Xalq Sosialistləri partiyası)
  33. Məhəmətsabir Məhəmmədjan oğlu Həsənov (Konstitusyon Demokratlar partiyası)
  34. Xəlil bəy Xasməmmədov (Konstitusyon Demokratlar partiyası)
  35. Fətəli xan Xoyski (Konstitusyon Demokratlar partiyası)
  36. Məhəmməd ağa Şahtaxtinski (Konstitusyon Demokratlar partiyası)
  37. Taştemir Eljurkay oğlu Eldarxanov (Konstitusyon Demokratlar partiyası)

III çağırış Dövlət Duması

  1. Yıhangir (Cahangir) Nurğəli oğlu Bayburin
  2. İbrahim bəy Heydərov
  3. Qaysə Həmidulla oğlu Yenikeev
  4. Sədri Maqsudi Arsal (Sədrətdin Nizamətdin oğlu Maksudov) (Konstitusyon Demokratlar partiyası)
  5. Şərafətdin Cəlalətdin oğlu Mahmudov
  6. Ğəliəsgər Şahihəydər oğlu Sırtlanov
  7. Qutlu Məhəmməd Batıgəray oğlu Təfkilev
  8. Məhəmmətşakir Məhəmmədxaris oğlu Tukayev
  9. Xəlil bəy Xasməmmədov

IV çağırış Dövlət Duması

  1. İbneəmin Əbüsoğıd oğlu Əxtəmov
  2. Qabdellətif Həbibulla oğlu Baytirəkev
  3. Məmməd Yusif Cəfərov
  4. Qaysə Həmidulla oğlu Yenikeev
  5. Minhacətdin Qaliəskər oğlu Minneqaliyev
  6. Qutlu Məhəmməd Batıgəray oğlu Təfkilev

Ədəbiyyat

Həmçinin baxın:

  • İttifaqi-Müslimin
Üst