Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1 avqust 1877, Tehran – 27 noyabr 1942, Tehran) — İranın baş naziri.

Məhəmmədəli Füruği

Vikipediya, azad ensiklopediya
Məhəmmədəli Füruği
fars. محمدعلی فروغی ذكاءالملک‎‎
İranın Baş naziri
27 avqust 1941 – 9 mart 1942
ƏvvəlkiRəcəbəli Mənsur
SonrakıƏli Süheyli
18 sentyabr 1933 – 3 dekabr 1935
ƏvvəlkiMehdiqulu xan Hidayət
SonrakıMahmud Cəm
1 noyabr 1925 – 13 iyun 1926
(səlahiyyətlərin icraçısı)
ƏvvəlkiRza şah Pəhləvi
SonrakıHəsən xan Mustovfi əl-Məmalik
İranın xarici işlər naziri
12 may 1930 – 12 sentyabr 1933
26 oktyabr 1923 – 29 avqust 1924
16 fevral 1923 – 15 iyun 1923
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1877(1877-08-01)
Doğum yeri
  • Tehran, İran
Vəfat tarixi 27 noyabr 1942(1942-11-27) (65 yaşında)
Vəfat yeri
  • Tehran, İran
Dəfn yeri
  • İbni-Babviyə qəbiristanlığı
Fəaliyyəti siyasətçi, ədib, diplomat, jurnalist, yazıçı, universitet müəllimi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1 avqust 1877, Tehran – 27 noyabr 1942, Tehran) — İranın baş naziri.

Həyatı

Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi.

Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı.

Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur. Məhəmmədəli Füruği əslən Bağdadlı bir yəhudi idi. Onun atası Zəkaülmülk İranın məşhur ziyalılarından, Mason təşkilatının qurucularından, Qərb və İngilispərəst siyasətin tərəfdarlarından biri idi. Məhəmmədəli Füruği Mason təşkilatının nizamnaməsini Fransız dilindən farscaya tərcümə etmişdi. O, Qacarların devrilməsində və Pəhləvilərin hakimiyyətə gəlməsində böyük rol oynamışdı.

Məhəmmədəli Füruği 1942-ci ildə Tehran şəhərində vəfat edib.

Həmçinin bax

  • İranın baş nazirləri
  • İran Xarici İşlər nazirləri
Üst