Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məlikkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Məlikkənd kənd inzibati ərazi dairəsində kənd.

Məlikkənd (Göyçay)

40°32′59″ şm. e. 47°49′07″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Məlikkənd
40°32′59″ şm. e. 47°49′07″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 21 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Məlikkənd xəritədə
Məlikkənd
Məlikkənd

MəlikkəndAzərbaycan Respublikasının Göyçay rayonunun Məlikkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Kəndin adı Məlikkəndi olmaqla mənası hökmdarın kəndi, məliyin olduğu yer mənasındadır. IX əsrdə Şirvanşahlar dövlətinin ətraf kəndlərin idarəedilməsi üslübu məliklik mərkəzlərindən biri, həmçinin yerli qazi-məhkəmə sisteminin mərkəzi. Məlikkənd kəndində 1876-ci ildə Göyçay qəzasinda ilk məktəb qazi Abdulhəmid tərəfindən açilmişdir və 1905-ci ildə rus-tatar məktəb çevirilmişdir. 1920-ci ildək ətraf kəndlərin əhalisi bu məktəbdə təhsil almişdir. Azərbaycan milli azadlıq hərəkatinin iştirakçisi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Göyçay qəzasinin nümayəndəsi Əfəndiyev Haci Hüseyn Abdulla əfəndi oğlu bu məktəbi bitirib, istanbulda təhsilini davam etdirmişdir. Hazırda köhnə məktəbin ərazisində həmin dövrün yadigarı olan yaşı 150 ildən çox çinar ağacı vardır.

Toponimikası

Şirvan düzündədir. Oykonim Məlik şəxs adından və kənd sözündən ibarət olub, "Məlikin kəndi, Malikə maxsus kənd” mənasındadır. Kənd vaxtila dağılmış, sonralar yenə həmin adla yenidən bərpa olunmuşdur.

Coğrafiyasi və iqlimi

Kənd Göyçay rayonunun mərkəzindən 15 km cənubda düzən ərazidə yerləşir. ərazi vaxti ilə Göyçay çayının qolu Şilyan çayi sahili boyunca cənubdan şimala gedən karvan yolunda yerləşən məntəqə olmuşdur. iqlimi düzən dağətəyi, isti subtropikdir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 820 nəfər əhali yaşayır.

İqtisadiyyati

Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və bağçılıqdır. Şirvan zonasinda ən yaxşi göycə alça sortu bu ərazidə yetişir.

Həmçinin bax

Üst