Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (19

Məmməd Xəlilov

Vikipediya, azad ensiklopediya
Məmməd Xəlilov
Azərbaycan SSR kənd təsərrüfatı naziri
17 mart 1965 9 oktyabr 1976
ƏvvəlkiƏsgər Orucov
(kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi)
SonrakıMəmməd Əsgərov
Azərbaycan SSR naziri
30 mart 1963 30 sentyabr 1963
Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri
16 mart 1961 17 mart 1965
Əvvəlkibirlik yaradılıb
SonrakıYevgeni Çeqodayev
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini
1960 1961
NazirMöhsün Poladov
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1917(1917-09-09)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1976(1976-10-09) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1958–1976)
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1973 "İgidliyə görə" medalı — 1945 "Döyüş xidmətlərinə görə" medalı — 1944 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "Köniqsberqin alınmasına görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 1967
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru — 1960
İmzanın şəkli

Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.

Həyatı

Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.

1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.

1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.

Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.

Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir.

Təltifləri

  • "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru" fəxri adı — 24 may 1960
  • 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 30 aprel 1966, 27 avqust 1971, 12 dekabr 1973
  • "Döyüş xidmətlərinə görə" medalı — 5 noyabr 1944
  • "İgidliyə görə" medalı — 2 mart 1945
  • "Köniqsberqin alınmasına görə" medalı (təqdimat: 7 oktyabr 1946)
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 (təqdimat: 7 oktyabr 1946)
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 7 may 1965
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 25 aprel 1975
  • "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 26 dekabr 1967
  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
  • Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin qızıl medalı — 30 dekabr 1956
  • Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı — 22 oktyabr 1955
  • 2 dəfə Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin medalı — 24 may 1956, 20 avqust 1957
  • 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı — 3 dekabr 1967, 18 noyabr 1975
  • 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı — 18 noyabr 1971, 24 noyabr 1971
  • Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı — 12 may 1965
Üst