Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı – 1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Məmmədhəsən Əfəndizadə

Vikipediya, azad ensiklopediya
Məmmədhəsən Əfəndizadə
Doğum tarixi 2 fevral 1872(1872-02-02)
Doğum yeri
Vəfat tarixi 1 may 1918(1918-05-01) (46 yaşında)
Vəfat yeri
  • Əniq, Hil rayonu, Azərbaycan SSR
Təhsili
  • Zaqafqaziya Müəllimlər Seminariyası
Fəaliyyəti pedaqoq

Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Həyatı

Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub. (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir

Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.

Üst