| Məmmədxan Məmmədxanov | |
|---|---|
| |
Karyagin Qəza İnqilab Komitəsinin sədri | |
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1884 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1938 (53–54 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | siyasi repressiya |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Məmmədxan Məmmədxan oğlu Məmmədxanov (1884, Qoçəhmədli, Yelizavetpol quberniyası – 1938, Bakı) — Azərbaycanın ictimai və siyasi xadimi. Qaryagin qəzası İcraiyyə Komitəsinin sədri.
Həyatı
Məmmədxan Məmmədxan oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində doğulmuşdu.Qarğabazar kənd məktəbində oxumuşdu. 1902-ci ildə Bakıda neft mədənlərində işləmişdi. 1905–1907-ci il inqilabında iştirak etmişdi. Bakı proletariatının 1914-cü il yay tətilinə qatılmışdı. 1917–1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşmuş, partiya özəklərinin yaradılmasında iştirak etmişdi. Qaryagin qəza partiya komitəsinin sədri, AK(b)P-nin 1-ci qurultayına nümayəndə seçilmişdi. 1920-ci ildə MK-ya üzvi olmuşdu. Sovet dönəmində məsul vəzifələrdə çalışmışdı. Dəfələrlə partiya və sovet qurultaylarının nümayəndəsi olmuşdu. Azərbaycan KP MK və Azərbaycan MIK-in üzvi seçilmişdi.
Məmmədxan Məmmədxanov 1938-ci ildə repressiyaya uğrayıb.
Mükafatları
Məmmədxan Məmmədxanov Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
- 1884-cü ildə doğulanlar
- Cəbrayıl qəzasında doğulanlar
- 1938-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Gəncə quberniyasında doğulanlar
- Repressiya qurbanları
- Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədrləri
- Cəbrayıl Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri
- Quba Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Edam olunmuş inqilabçılar
- SSRİ-də ölümündən sonra bəraət alanlar
