Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mərzili bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Mərzili bələdiyyəsi

Vikipediya, azad ensiklopediya
Bələdiyyə
Mərzili bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
Bələdiyyə sədri (sonuncu) Məmmədov Soltan Binnət oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 2004
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60930007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3210
VÖEN 3200054851
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2004-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi

Mərzili bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla vətəndaşların müraciəti nəzərə alınaraq, Mərzili kəndində Mərzili bələdiyyəsi yaradılıb, baxmayaraq ki, rəsmən kənd ərazisi kimi tanınan və faktiki olaraq tarixi kənd işğal altında olub, kənd əhalisi isə ərzidə rəsmiləşdirilməmiş evlər tikərək, yaşayıblar və bu səbəbdən yarandığı gündən Bələdiyyə faktiki olaraq Ağdamın Təzəkənd kəndində fəaliyyət göstərib. Elə həmin Qanunla da "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun əlavəsi yeni redaksiyada verilərək, onun "Ağdam rayonu" hissəsinin 10-cu bəndində "Mərzili bələdiyyəsi" təsbit edilmişdir.

2004-2020-ci illər arasında Mərzili bələdiyyəsi Azərbaycan Respublikası ərazisində yeganə bələdiyyə olmuşdur ki, onun ərazisi tam olaraq işğal altındadır, lakin bələdiyyə qərarları və normativ xarakterli aktları qəbul edilmişdir.

2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən yaradıldıqdan 2020-ci ilə qədər Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərib.

Bu Bələdiyyənin ilk Nizamnaməsi onun 28 fevral 2005-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı, sonuncu Nizmanaməsi ilə 21.08.2017-ci il tarixli 08 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilib.

2005-ci ildə bu Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılan "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvlüyünə, 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvlüyünə qəbul edilib.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi, habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.

18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla (Qanun 25.11.2024-cü il tarixlindən qüvvədədir) təsdiq edilmiş Siyahının "Ağdam rayonu" bölməsində Mərzili bələdiyyəsinin adı qeyd olunmayıb.

Həmin Bələdiyyənin 29.11.2024-cü il tarixli 12 nömrəli Protokolunda qeyd olunmuş Qərarı Dövlət büdcəsindən dotasiya hesabına ilə sonuncu dəfə əməkhaqqı ödənilmiş, bununla da Poçt hesabında vəsait qalmamışdır.

Bu Bələdiyyənin 05.12.2024-cü il tarixli 13 nömrəli Protokolunda təsbit edilmiş 1 nömrəli Qərarı ilə 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanuna və 50-VIIQD nömrəli Qanuna istinad edilərək, Bələdiyyənin artıq qanunda nəzərdə tutulmadığını əsas gətirərək, Bələdiyyə ləğv edilmişdir. Azərbaycan bələdiyyə tarixində ilk dəfə olaraq bələdiyyə qanunun birbaşa göstərişi ilə deyil, qanunda nəzərdə tutulmaması səbəbindən öz qərarı ilə ləğv olunmuşdur.

Bu, Azərbaycan Respublikaısında 2024-cü ildə yeganə bələdiyyə olub ki, Qanunun birbaşa göstərişi ilə deyil, öz qərarı əsasənda ləğv olunub.

Mərkəzi və ərazisi

Ağdamın Mərzili kəndi işğal altında olduğu üçün bu Bələdiyyənin mərkəzi Təzəkənd kəndi olub.

Bu Bələdiyyənin ərazisinə 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunun Əlavəsinin "Ağdam rayonu" hissəsinin 10-cu bəndi ilə Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Ağdam rayonunun Mərzili bələdiyyəsi 3200054851 3210 60930007 Mərzili kənd iəd 60930005 Mərzili kəndi 60930018
Üst