Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (2021-ci

Mətin Eynullayev

Vikipediya, azad ensiklopediya
Mətin Eynullayev
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Vəzifədədir
6 may 2021-ci ildən
NazirMikayıl Cabbarov
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini — xidmət rəisi səlahiyyətlərini müvəqqəti icra edən
13 may 2020 – 6 may 2021
NazirMikayıl Cabbarov
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Respublikası vergilər nazirinin müavini
17 yanvar 2018 – 23 oktyabr 2019
NazirMikayıl Cabbarov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Respublikası təhsil nazirinin müavini
11 yanvar 2017 – 17 yanvar 2018
NazirMikayıl Cabbarov
Ceyhun Bayramov (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1975(1975-03-22) (51 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti (1992–1997)
Rütbəsi
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (2021-ci ildən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (2020-ci ildən), vergilər nazirinin (2018–2019) və təhsil nazirinin (2017–2018) sabiq müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (2018).

Həyatı

Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var.

1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb.

2002–2007-ci illər – Özəl sektorda çalışıb.

2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

2009–2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.

2013–2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.

11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

27 dekabr 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.

19 avqust 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

6 may 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

16 may 2022-ci il — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.

Mükafatları

22 iyun 2015-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Üst