Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu – 7 aprel 2026) — Sosial Ədalət Partiyasının sədri,

Mətləb Mütəllimli

Vikipediya, azad ensiklopediya
Mətləb Mütəllimli
Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 24 noyabr 2000
Seçki dairəsi40 saylı Üçüncü Sumqayıt
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıTofiq Hüseynli
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
5 fevral 1991 24 noyabr 1995
Seçki dairəsi119 nömrəli Sumqayıt-Tələbə şəhər
SonrakıVəzifə ləğv edildi
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
1992 9 noyabr 1992
Baş prokurorİxtiyar Şirin
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1949(1949-05-20)
Doğum yeri
Vəfat tarixi 7 aprel 2026(2026-04-07) (76 yaşında)
Partiya
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası,
  • Azərbaycan Xalq Cəbhəsi (1992-ci ilədək)
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1973–1979)

Mətləb Əzizulla oğlu Mütəllimli (20 may 1949, Horavar, Yardımlı rayonu7 aprel 2026, Bakı şəhəri) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.

Həyatı

Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağayrı kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.

7 aprel 2026-cı ildə vəfat edib.

Mətləb Mütəllimov ailəli idi, üç övladı var.

Siyasi fəaliyyəti

Mətləb Mütəllimli 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir.

Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini daşımışdır. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilmişdir.

1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Mətləb Mütəllimov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Partiya fəaliyyəti

Mətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. Mətləb Mütəllimli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olmuşdur. Daha sonra istefa verərək, 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis etmiş və 22 iyun 2023-cü ildə partiya ləğv edilənədək partiyanın sədri olmuşdur.

Üst