Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — Azərbaycan alimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı, Azərb

Nüşabə Babayeva-Vəkilova

Vikipediya, azad ensiklopediya
Nüşabə Babayeva-Vəkilova
Şəxsi məlumatlar
Doğum yeri
  • Bakı
Həyat yoldaşı Vaqif Səmədoğlu
Elmi fəaliyyəti
Elmi dərəcələri Alim, Filologiya üzrə fəlsəfə doktoru
Elmi adı Dosent

Təltifləri
Nizami Gəncəvi adına Qızıl medal

Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — Azərbaycan alimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun gəlini. Səməd Vurğun Muzeyinin sabiq rəhbəri (2015–2022), Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi və rəhbəri (2019-cu ildən).

Həyatı və fəaliyyəti

Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olmuşdur. O, 190 nömrəli məktəbdə təhsil almış, daha sonra ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəaliyyətə başlamışdır. 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani aspiranturasında təhsil almış, "Cənubi Azərbaycan maarifçilərinin ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsini qazanmışdır. O, "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Nüşabə Babayeva-Vəkilova Əfqanıstanda tərcüməçi kimi çalışmış, 1981–2000-ci illərdə isə əmək fəaliyyətini AMEA Şərqşünaslıq İnstitutunda davam etdirmişdir. 2000–2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. Nüşabə Babayeva-Vəkilova şair, dramaturq və ictimai xadim Vaqif Səmədoğlunun həyat yoldaşıdır. O, Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi…" (1996; 2005), "Uzaq yaşıl ada" (1999; 2006), "Sandığ şeirləri" (2016), "Poemalar" (2022) şeirlər toplusunun, iki cildlik "Dramaturgiya" (2014), aforizmlər kitabının (2013) və "[Gürzəçöl yazıları]" (pritçalar) (2016) nəşrlərinin tərtibatçısı və redaktorudur. Onun tərtib etdiyi şeirlər kitabları fransız (2017), polyak (2018) və serb (2022) dillərində də çap olunmuşdur. Həmçinin o, Vaqif Səmədoğlu haqqında materiallardan ibarət "Şair və Zaman" (2010) kitabını hazırlayıb nəşr etdirmişdir. 2022-ci ildə müəllifi olduğu "Mən sənin yuxunam" adlı xatirə kitabı işıq üzü görmüşdür. 2015–2022-ci illərdə Nüşabə Babayeva-Vəkilova Səməd Vurğunun Ev Muzeyinin direktoru olmuşdur. Bu müddətdə muzeydə Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun ekspozisiyalarını, həmçinin Xavər VəkilovaAybəniz Vəkilovanın guşələrini yaratmış, muzey fondunu yeni eksponatlarla zənginləşdirmişdir. O, Qazax şəhərindəki "Poeziya evi"nin təkmilləşdirilməsi işində də iştirak etmişdir. Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlu medalı və Nizami Gəncəvi medalı ilə təltif olunmuşdur.

Üst