| Nəm milçəkləri | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Ranqsız: İlkağızlılar Tipüstü: Tüləyənlər Ranqsız: Panarthropoda Ranqsız: Tactopoda Tip: Buğumayaqlılar Klad: Pancrustacea Yarımtip: Altıayaqlılar Sinif: Həşəratlar Ranqsız: Dicondylia Yarımsinif: Qanadlılar Budaq: Metapterygota İnfrasinif: Yeniqanadlılar Ranqsız: Eumetabola Ranqsız: Tam çevrilmə ilə inkişaf edən həşəratlar Dəstəüstü: Panorpida Ranqsız: Antliophora Dəstə: İkiqanadlılar Yarımdəstə: Uzunbığlılar İnfradəstə: Culicomorpha Fəsiləüstü: Culicoidea Fəsilə: Nəm milçəkləri | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır.
Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar.
Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır.
Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Nəm milçəklərinin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Həmçinin bax
- Nəm milçəkləri