Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor) — 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olm

Nəvaz Şərif

Vikipediya, azad ensiklopediya
Nəvaz Şərif
urdu میاں نواز شریف
Pakistanın Baş naziri
5 iyun 2013 – 28 iyul 2017
ƏvvəlkiMir Xəzər Xan Xoso
SonrakıŞahid Xaqan Abbasi
17 fevral 1997 – 12 oktyabr 1999
ƏvvəlkiMalik Merac Xalid
SonrakıZəfərulla Xan Camali[d]
Pərviz Müşərrəf
6 noyabr 1990 – 18 aprel 1993
ƏvvəlkiQulam Mustafa Jatoi
SonrakıMoinuddin Əhməd Qureşi[d]
Pakistanın müdafiə naziri
7 iyun 2013 – 26 noyabr 2013
ƏvvəlkiMir Xəzər Xan Xoso (i. e.)
SonrakıXavaca Məhəmməd Asif[d]
17 fevral 1997 – 12 oktyabr 1999
ƏvvəlkiŞahid Həmid[d] (i. e.)
SonrakıPərviz Müşərrəf
6 noyabr 1990 – 10 sentyabr 1991
ƏvvəlkiBənazir Bhutto
SonrakıQus Əli Şah[d]
Pakistanın maliyyə naziri
6 avqust 1993 – 7 noyabr 1998
ƏvvəlkiSərtac Əziz[d]
SonrakıMəhəmməd İshaq Dar[d]
Pakistanın müxalifət lideri
19 oktyabr 1993 – 5 noyabr 1996
ƏvvəlkiBənazir Bhutto
SonrakıBənazir Bhutto
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1949(1949-12-25)[…] (76 yaş)
Doğum yeri
  • Lahor, Pakistan dominionu
Partiya
  • Pakistan Müsəlman Liqası (N)
Fəaliyyəti siyasətçi, kriketçi, sahibkar, vəkil, hökumət başçısı[d]
Uşaqları
  • Məryəm Nəvaz Şərif
Dini sünnilik, İslam

Təltifləri "Müqəddəs Mixail və Georgi" ordeni "Respublika" ordeni (Türkiyə) Grand Collar of the Order of Good Hope
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor) — 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.

Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.

Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir. Lakin, Pakistan Ali Məhkəməsi onun günahsız olması barədə qərar qəbul etmişdir. O, hakimiyyətdə olduğu ikinci dövr ərzində 1998-ci ildə general Cahangir Karamatı ordu komandiri vəzifəsindən azad etmiş və onu Pərviz Müşərrəflə əvəz etmişdir. Buna baxmayaraq, Kargil müharibəsi onun Müşərrəflə əlaqələrinin pisləşməsinə səbəb oldu. 12 oktyabr 1999-cu ildə Müşərrəfin başçılığı altında baş vermiş dövlət çevrilişinin ardınca o, Səudiyyə Ərəbistanına sürgün olunmuşdur.

2013-cü ildə baş tutmuş seçkilər nəticəsində ölkədə koalisiya hökuməti təşkil olunmuşdur. Nəticədə, Şərif Parlament tərəfindən baş nazir vəzifəsinə təyin olunmuşdur. Onun verdiyi tapşırıqlardan sonra ordu 2015-ci ildə ölkə ərazisində yerləşən ekstremist qruplaşmalara qarşı mübarizəsini kəskinləşdirmişdir. Şərifin üçüncü baş nazirliyi dövründə Çinlə qarşılıqlı investisiya qoyuluşları və BVF-dən alınan kreditlər sayəsində ölkədə makroiqtisadi sabitlik yaranmışdır. Lakin, həmin dövrdə dövlət borcu 35%-ə qədər qalxmış və bu da onun nüfuzunun azalmasına səbəb olmuşdur.

28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırmışdır.

Həmçinin bax

  • Pakistan
  • Şahid Xaqan Abbasi
Üst