| Nadejda Mandelştam | |
|---|---|
| |
| Doğum adı | Надежда Яковлевна Хазина |
| Doğum tarixi | 30 oktyabr 1899[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 29 dekabr 1980[…] (81 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Həyat yoldaşı |
|
| Fəaliyyəti | yazıçı, bioqraf, şair, müəllimə, memuarçı, dilçi, mühazirəçi |
| Əsərlərinin dili | rus dili |

Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı.
26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur.
Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı:
"Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi. Onsuz da bəstəboy, arıq olan bu qadın getdikcə elə bil bir az da büzüşürdü, bir az da içinə yığışırdı, elə bil çəkisiz, əhəmiyyətsiz bir əşyaya çevrilmək istəyirdi; elə bir əşyaya ki, lazım olanda, ekstremal situasiyada onu cibə qoyub aparmaq asan olsun... Onun heç bir şəxsi əmlakı yox idi, hətta xaricdən gətirdiyi kitabları da oxuduqdan sonra başqalarına verirdi... Nəhayət, 1960-cı illərin sonlarında verilmiş birotaqlı mənzildə ən dəyərli şey mətbəxdən asılmış divar saatı idi... Mandelştam şeirlərinin birində dediyi kimi, bu “qaçqın qadın” ömrünün sonuna kimi elə o cür də qalmışdı..."
Mandelştamın irsi onun sayəsində qorunmuşdu, axtarış vaxtı ərinin əlyazmalarının yandırılacağından qorxaraq şeirlərin hamısını əzbərləmişdi.
O, 1980-ci ildə ürək xəstəliyindən dünyasını dəyişir.
- 30 oktyabrda doğulanlar
- 1899-cu ildə doğulanlar
- Saratovda doğulanlar
- 29 dekabrda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Kuntsevo qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- Rusiya yazıçıları
- SSRİ yazıçıları
- Osip Mandelştam
- Rusiyanın qadın yazıçıları
- SSRİ dissidentləri
- Yəhudi qadın yazıçıları
- XX əsr Rusiya yazıçıları
- Rusiya pravoslavları
- Rusiya siyasətçiləri
- Filologiya elmləri namizədləri