Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

Nahid Bağırov

  • Ana Səhifə
  • Nahid Bağırov

Nahid Rza oğlu Bağırov (4 aprel 1979, Bakı) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı.

Nahid Bağırov
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
5 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1979(1979-04-04) (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • bitərəf
Təhsili
  • Azərbaycan Beynəlxalq Universiteti,
  • Bakı Dövlət Universiteti

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı — 20192019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

Ailəlidir, iki övladı var.

İctimai-siyasi fəaliyyəti

2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011–2013-cü, 2013–2015-ci və 2015–2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvü seçilib.

2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini təyin edilib.

Nahid Bağırov 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində müstəqil namizəd olaraq 62 saylı Saatlı seçki dairəsindən "Vədlər sözdə qalmayacaq" şüarı ilə deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 3640 səs toplasa da, 62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi Əziz Ələkbərli seçkiləri birinci sırada tamamlayaraq deputat seçilmişdir. Nahid Bağırov isə seçkiləri ikinci sırada tamamlamışdır.

Nahid Bağırov Azərbaycan Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Təltifləri

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə "Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi" adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Divanü Lüğat-it-Türk

  • Aprel 04, 2026

    Film bəstəkarı

  • Aprel 05, 2026

    Qaramanlı eli

  • Mart 29, 2026

    Emin Əmrullayev

  • Aprel 07, 2026

    Babək (balet)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst