Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Natiq Səlim oğlu Qasımov (2 yanvar 1971, Kiçik Qaramurad, Gədəbəy rayonu – güm. mart 1992, güm. Pirlər, Xocalı rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı,

Natiq Qasımov (hərbçi)

  • Ana Səhifə
  • Natiq Qasımov (hərbçi)

Natiq Səlim oğlu Qasımov (2 yanvar 1971, Kiçik Qaramurad, Gədəbəy rayonu – güm. mart 1992, güm. Pirlər, Xocalı rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, itkin, Azərbaycanın Milli Qəhrəmanı.

Natiq Qasımov
Natiq Səlim oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1971(1971-01-02)
Doğum yeri
  • Kiçik Qaramurad, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi güm. mart 1992(1992-03) (21 yaşında)
Vəfat yeri
  • güm. Pirlər, Xocalı rayonu, Azərbaycan
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
Əsgər
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 20242024

Mündəricat

Həyatı

Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. 1989–1991-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət etmişdir. 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alınmışdır.

Döyüşlərdə iştirakı

Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.

1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:

Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.

Sonrakı taleyi

2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya" Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10.000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən çəkilmiş "Oğul" sənədli filmi çəkilmişdir. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib:

Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur.

Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • (25 iyun 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

İrsi və xatirəsi

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Haqqında çəkilmiş filmlər

Natiq Qasımov

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.

Oğul

Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. Filmin təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində baş tutmuşdur. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak etmişdir. "Qafqazinfo"nun məlumatına görə, filmi Böyük Britaniyanın "Broken Pot Media" şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb.

Haqqında tamaşalar

“Ölməz” tamaşası

Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib. Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıqlar haqqında danışılır.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Baş rolda gənc aktyor Elay Xasıyev çıxış edib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Atropatena

  • Mart 26, 2026

    Elçin Əfəndiyev

  • Mart 26, 2026

    Əfsanə

  • Mart 26, 2026

    Göygöl (göl)

  • Mart 27, 2026

    Əli Nağıyev (general)

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst