Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı – 20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı.
| Natəvan Babayeva | |
|---|---|
| |
| Doğum tarixi | 12 oktyabr 1977 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 20 iyul 2023 (45 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | xərçəng xəstəliyi |
| Dəfn yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili |
|
| Fəaliyyəti | televiziya aparıcısı, jurnalist |
| Fəaliyyət illəri | 2001–2023 |
| Tanınır | televiziya aparıcısı kimi |
Haqqında
Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib.
20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Salyanın Parça Xələc kəndində dəfn olunub.
