Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Navahı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Navahı qəsəbəsi

40°00′55″ şm. e. 49°08′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Navahı
40°00′55″ şm. e. 49°08′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Hacıqabul rayonu
Əhalisi
Əhalisi 3.456 nəfər (2019)
Xəritəni göstər/gizlə
Navahı xəritədə
Navahı
Navahı

Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Navahı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Tarixi

1903-cü ildə dəmir yolunun tikintisi ilə əsası qoyulmuşdur.

Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Salyan rayonunun Əli-Bayramlı dayağına tabe idi.

Azərbaycan SSR-in Qarasu rayonunun tərkibində idi. Sonralar rayon ləğv olundu, kənd Əli-Bayramlı rayonunun tərkibinə daxil edildi, lakin 1939-cu ildə kənd Qazi-Məmməd rayonunun tərkibinə verildi.

1959-cu il dekabrın 4-də Qazi-Məmməd rayonu ləğv edilərək kənd Əli-Bayramlı rayonunun tərkibinə verilib.

1961-ci il inzibati ərazi bölgüsünə görə Nəvahi dəmir yolu stansiyasının yaxınlığındakı kənd Azərbaycan SSR Əli-Bayramlı rayonunun Nəvahi kənd Sovetinin, 4 yanvar 1963-cü ildən isə kənd Salyan rayonunun tərkibində olmuşdur.

1980-ci illərin əvvəllərində SSRİ Nazirlər Soveti Nəvahi kəndi yaxınlığında RBMK reaktoru əsasında Azərbaycan Atom Elektrik Stansiyasının tikintisinə başlamaq haqqında qapalı qərar qəbul etdi. 1986-cı ildə tikinti dondurulduğu zaman (baxmayaraq ki, peykdən çəkilmiş görüntülər tikintinin yalnız 1989-cu ildə dayandırıldığını göstərir) obyektin tikinti planı tam hazırlanmış, 3 kvadrat kilometrə yaxın tikinti sahəsi yaradılmış, bir neçə binanın təməli qoyulmuş, işçilər üçün avtobus dayanacağı açılmışdı.

1990-cı il aprelin 24-də kənd yeni yaradılmış Hacıqabul rayonuna verilmişdir.

1999-cu ildə Azərbaycanda inzibati islahat aparıldı və Nəvahi inzibati ərazi dairəsi tərkibində Hacıqabul rayonunun Nəvahi kənd bələdiyyəsi yaradıldı.

2010-cu ildə Navahi kəndi Nəvahi kəndinin ayrıca inzibati ərazi dairəsinə ayrılmışdır.

Mədəniyyəti

Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir.

Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərilməlidir]

Coğrafiyası və iqlimi

Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərilməlidir]

Coğrafiyası və iqlimi

Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən temperatur +45–50 °C dərəcəyə kimi yüksəlir.

Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.

Əhalisi

Əhalisi nisbətən orta və yaşlı nəsildən ibarətdir. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.

Qəsəbədə 500–600 qədər ev vardır. Əhalisi təqribən 2500–3000 nəfərdir. Əhalinin 45–50%-ni orta təhsilli, 50–55%-ni isə ali təhsililər təşkil edir.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

AES-in inşası üçün Bakının təxminən 100 kilometr cənub-şərqində, çöllük, seysmik cəhətdən əlverişli zonada olan Nəvai yaşayış məntəqəsinin yaxınındakı ərazi nəzərdən keçirilir. Burada hələ sovet dövründə AES inşası planlaşdırılırdı və aydın olub ki, o vaxt bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə razılaşdırılıb.

Əkin sahələri

Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.

Üst