Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012).

Nazim Mirişli

Vikipediya, azad ensiklopediya
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli
Ümumi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ramiz Mirişli
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2012

Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012).

Həyatı

1962-ci il martın 6-da anadan olub.

Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995).

Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 9 may 2012
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018, 10 may 2019, 7 may 2020-ci il, 10 may 2022-ci ildə

Filmoqrafiya

  1. Qəzəlxan (film, 1991)
  2. Yarasa (film, 1995)
Üst