Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rtişev Nikolay Fyodoroviç(1754 — 8 yanvar 1835)—general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı olmuşdu.

Nikolay Rtişev

Vikipediya, azad ensiklopediya
Nikolay Rtişev
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası
Vəfat tarixi (80–81 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Donskoy monastrının nekropolu[d]
Milliyyəti rus
Fəaliyyəti hərbçi
Mükafatları IV dərəcəli "Müqəddəs Georgi" ordeni Knight of the Order of St. Alexander Nevsky 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni "İgidliyə görə" qızıl qılıncı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rtişev Nikolay Fyodoroviç(1754 — 8 yanvar 1835)—general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı olmuşdu.

Həyatı

Nikolay Fyodoroviç Rtişev mənşəcə zadəgan ailəsindəndir. 1754-cü ildə anadan olmuşdu. Yekaterina Milet ilə aliləli olub, övladı olmayıb.

XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir.

Bu sahədə ilk addım 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev tərəfindən atılmışdır. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılmışdır. Məbədin tikintisi üçün xristianlardan ianə yığılmış və sadə dindarlar hamılıqla bu işə cəlb olunmuşdur. Bu kilsəyə "Müqəddəs Nikolay" adı verilmiş, Tiflisdən olan David İvanov keşiş təyin edilmişdir. Buna görə "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.

Nikolay Rtişev 8 yanvar 1835-ci ildə Rusiya imperiyasının mərkəzi Sankt-Peterburq şəhərində vəfat etmişdi.

Ədəbiyyat

  • Ртищев, Николай Федорович // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918.
  • Ртищев Николай Фёдорович : [арх. 6 октября 2022] / Муханов В. М. // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
  • Краткие биографии военных, гражданских и др. деятелей Кавказа за время с конца прошлого столетия до середины настоящего // Кавказский календарь на 1889 год. — Тф.: Тип. Канц. Главнонач. гражд. частью на Кавказе, 1888.
  • Кавказ и Закавказье за время управления генерала от инфантерии Н. Ф. Ртищева // Акты, собранные Кавказской археографической комиссией / Под ред. А. П. Берже. — Тф.: Тип. Глав. управ. наместника кавказского, 1873. — Т. 5. — 1170 с.
  • Список главных деятелей на Кавказе // Акты, собранные Кавказской археографической комиссией / Под ред. А. П. Берже. — Тф.: Тип. Глав. управ. наместника кавказского, 1884. — Т. 9. — 1013 с.
Üst