Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nikușor Daniel Dan (Rum. Nicușor Daniel Dan, 20 dekabr 1969) — 2025-ci ildən Rumıniyanın yeddinci prezidenti vəzifəsini icra edən rumıniyalı siyasətçi və riyazi

Nikuşor Dan

Vikipediya, azad ensiklopediya
Nikuşor Dan
rum. Nicușor Dan
Vəzifədədir
26 may 2025-ciildən
Əvvəlkiİlie Bolojan[d] (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 20 dekabr 1969(1969-12-20) (56 yaş)
Doğum yeri
  • Fegeraş[d], Rumıniya Sosialist Respublikası
Partiya
  • Rumıniyanın Qurtuluş Birliyi (2016–2017),
  • bitərəf (2017-ci ildən)
Təhsili
  • Buxarest Universiteti,
  • Paris Ali Normal Məktəbi
Fəaliyyəti riyaziyyatçı, aktivist, siyasətçi, universitet müəllimi
Uşağı 2
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi adı
  • professor[d] (2011-ci ildən)
nicusordan.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikușor Daniel Dan (Rum. Nicușor Daniel Dan, 20 dekabr 1969) — 2025-ci ildən Rumıniyanın yeddinci prezidenti vəzifəsini icra edən rumıniyalı siyasətçi və riyaziyyatçı. 2020-2025-ci illərdə Buxarestin meri, 2016-2020-ci illərdə Deputatlar Palatasının üzvü olub.

Nikuşor Dan Rumıniyanın Fegeraş şəhərində anadan olub. O, gəncliyində riyaziyyatçı kimi beynəlxalq miqyasda tanınıb, 1987 və 1988-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadalarında qızıl medallar və yüksək ballar qazanıb. Nikuşor Dan Buxarest Universitetində riyaziyyat üzrə təhsil aldıqdan sonra Fransaya köçür, burada Paris Ali Normal Məktəbindən magistr dərəcəsi və Paris 13 Universitetindən (Sorbonne Paris North University) doktorluq dərəcəsi almışdır. Rumıniyaya qayıtdıqdan sonra Dan, istedadlı rumın tələbələrini elmi tədqiqatlara yönəltmək məqsədi daşıyan Școala Normală Superioară Bucureşti (Buxarest Ali Normal Təhsil məktəbi) qurdu və vətəndaş fəalı oldu.

2015-ci ildə Dan korrupsiya ilə mübarizəyə və mədəni irsin qorunmasına diqqət yetirən Union Save Bucharest (USB) (Buxaresti xilas et) təşkilatını qurdu. Bir il sonra daha mərkəzçi yanaşmaya üstünlük verərək, 2017-ci ildə partiyanın mütərəqqi dəyişikliyinə görə istefa verdi. Dan 2016-cı ildə Deputatlar Palatasında çalışıb. 2020-ci ildə Buxarestin ikinci müstəqil meri seçilib və 2024-cü ildə yenidən seçkilərdə qalib gəlib. Mer kimi o, ictimai infrastruktura və şəffaflığa diqqət yetirib.

Dan 2025-ci ildə Rumıniya Prezident seçkilərində müstəqil namizəd kimi iştirak edib və birinci turda səslərin 21%-nı qazanaraq ikinci yeri tutmuşdur. Seçkilərin İkinci turunda Nikuşor Dan Rumınlar İttifaqı üçün Alyansının (AUR) qurucusu George Simion ilə qarşılaşdı və onu 53,6% səslə məğlub etdi. Dan rəqibinin millətçi və avroskeptik mövqeyindən tamamilə fərqli olaraq, qərbyönlü platformada çıxış edirdi.

Erkən həyatı və təhsili

Nikuşor Dan Braşov vilayətinin Feqeraş şəhərində anadan olub. Doğma şəhərindəki Radu Neqru Liseyində oxuyub və 1988-ci ildə oranı bitirib. 1987 və 1988-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadalarında maksimum bal toplayaraq birinci yerləri tutmuşdur. O, müsahibəsində uşaq ikən həkim olmaq arzusunda olduğunu, sonra Riyaziyyat institutunu idarə etmək istəyini demişdi. Dan 18 yaşında Buxarestə köçdü və Buxarest Universitetində riyaziyyat üzrə təhsil almağa başladı. 1992-ci ildə riyaziyyat üzrə təhsilini davam etdirmək üçün Fransaya köçdü. O, Fransanın ən prestijli ali təhsil müəssisələrindən biri olan École Normale Supérieure-ə daxil olub və orada magistr dərəcəsi alıb.

1998-ci ildə Dan Paris 13 Universitetində Kristof Soulet və Daniel Barskinin rəhbərliyi altında "Courants de Green et prolongement méromorphe" adlı riyaziyyat üzrə doktorluq dissertasiyasını müdafiə edir və həmin il Rumıniyanı dəyişmək istəyini əsas gətirərək Buxarestə qayıdır.

Dan Rumıniya Elmlər Akademiyasının Riyaziyyat İnstitutu nəzdində Fransız École Normale Supérieure modeli əsasında qurulmuş Buxarest Normal məktəbinin (Școala Normală Superioară București) yaradıcılarından biri və ilk direktoru olmuşdur. 2011-ci ildən institutda riyaziyyat professor idi.

Fəallıgı

1998-ci ildə Dan "Vətəndaş Fəaliyyəti Uğrunda Gənclər" Assosiasiyasını ("Tinerii pentru Acțiune Civică") qurdu və bunun üçün Rumıniyanı dəyişməyə hazır olan minlərlə gənci bir araya toplamaq istədi. Bu, ölkəyə qayıtdıqdan sonra bildirdiyi məqsədlərdən idi. Assosiasiya xaricdə təhsil almış gənclər üçün 2000 və 2002-ci illərdə bir neçə yüz insanın iştirak etdiyi iki forum təşkil etmişdir. Bu forumların nəticəsi olaraq 2000-ci ildə Rumıniya tədqiqatçılarının "Ad Astra" assosiasiyası yaradılmışdır.

"Buxaresti xilas et" assosiasiyası

2006-cı ildə Dan Buxarestin qorunan ərazilərində memarlıq dəyəri olan binaların sökülməsinə və əvəzində hündürmərtəbəli binaların tikintisinə, eləcə də şəhərdə yaşıllıqların sayının azalmasına cavab olaraq "Buxaresti xilas et" assosiasiyasını (Asociația "Salvați Bucureștiul") təsis etdi. Assosiasiya 2009-cu ildə şəhərsalma haqqında qanuna bəzi dəyişikliklər etməyə nail oldu. 2020-ci ilə qədər Assosiasiya irsi qorumaq üçün bir çox məhkəmə proseslərində iştirak etmiş və onlardan 166-da qalib gəlmişdir.

Siyasi karyerası

2012-ci ildə Buxarest meri vəzifəsinə namizədliyi

Nikuşor Danın seçki kampaniyasının könüllüləri imzaları Seçki Komissiyasına çatdırırlar.
Nicușor Dan Buxarest meri seçki kampaniyası zamanı velosipeddə

Nikusor Dan 2011-ci ilin noyabrında Artur Verona küçəsində yerləşən kafedə tarixçi və deputat Teodor Paleoloqo da daxil olmaqla, yalnız bir neçə qonağın iştirak etdiyi məclisdə Buxarest merliyinə müstəqil namizəd olduğunu elan etmişdir.

Nikuşor Dan paytaxt meri seçkilərində iştirak etməklə yanaşı, mer seçilməyəcəyi təqdirdə Baş Şuraya da namizədliyini irəli sürüb, lakin diqqətini mer vəzifəsinə yönəldəcəyini qeyd edib.

Siyasi proqramı

Nikuşor Dan gənclərin şəhəri tərk etməməsinin vacib olduğunu və bunun üçün yaşamaq və küçələrdə gəzmək üçün xoş bir şəhər lazım olduğunu deyirdi. İqtisadi nöqteyi-nəzərdən Nikuşor Dan hesab edir ki, diqqət şəhəri "informasiya texnologiyaları və yaradıcı sənayelər və ali təhsil üçün əsas regional mərkəzə" çevirmək və bütün regiondan investorları və bacarıqlı gəncləri cəlb etmək ideyasına yönəldilməlidir.

Qərarların qəbul edilməsində şəffaflıq baxımından, Dan petisiyaların və mühüm qərarların ictimai müzakirələrinin izlənilməsi üçün onlayn sistemini dəstəkləyir. Bundan əlavə, Meriya orqanlarındakı vəzifələri müsabiqə əsasında olmasına çalışırdı ki, xarici universitetlərdə təhsil almış gəncləri cəlb etsin.

Namizədliyinə dəstək və rəylər

Nikuşor Dan Buxarestin memarlığı ilə maraqlanan və heç bir utopik təşəbbüsü dəstəkləməyən yeganə namizədin olduğunu iddia edən Andrey Pleşudan, həmçinin politoloq və Avropa Parlamentinin üzvü Kristian Predadan dəstək aldı.

Seçki nəticələri

Siyasi partiyalardan heç bir dəstək almamasına baxmayaraq, Nikuşor Dan səslərin 8,48%-nı əldə etdi, baxmayaraq ki, sorğular onu yalnız 3%-la hesablamışdı. 2012-ci ilin iyununda verdiyi müsahibədə Nikuşor Dan o zaman partiya yaratmaq niyyətində olmadığını bildirərək, "Buxarest uğrunda mübarizə indi yeni başlayır" demişdi.

Rumıniyanın Qurtuluş Birliyi

1 iyun 2015-ci ildə Nikușor Dan Rumıniyanın Qurtuluş Birliyi (Save Bucharest Union (USB)) siyasi platformasının istifadəyə verildiyini elan etdi.

USB-nin elan edilmiş məqsədi 5 iyun 2016-cı il tarixində Buxarestdə keçirilən yerli seçkilərdə qalib gəlmək idi. USB 25%-dən çox səs topladı.

Nikuşor Dan 2016-cı ildə yenidən Buxarest merliyinə namizəd oldu. Bu dəfə, 2016-cı ildə Rumıniyada yerli seçkilər bir turda keçirildi. Nikuşor Dan ümumi səslərin 30,52%-nı qazandı. Seçkidə Dan seçicilərinin yarıdan çoxunun 40 yaşdan aşağı olan gəncləri cəlb eləmişdi. "Rumıniyanın Qurtuluş Birliyi"nin namizədlərindən bəziləri də öz seçki kampaniyalarında yaxşı çıxış edərək USB-ni gələcək siyasi qüvvə olduğunu sübut etdilər.

2016-cı ilin avqust ayında Nikuşor Dan partiya siyahısı ilə Buxarest seçki dairəsində namizədliyini irəli sürdü. Onun partiyası təxminən 9% səs topladığı üçün Nikuşor Dan deputat seçildi. 1 iyun 2017-ci ildə partiyadaxili referendum keçirildi və bu referendumda üzvlərin 52,7%-i partiyanı Konstitusiya təşəbbüsünə qarşı mövqe tutmaq üçün səs verdi və bu, Danın partiyadan istefasına səbəb oldu.

Buxarest meri (2020-2025)

2020-ci il seçkiləri

2019-cu ilin may ayında Dan yenidən Buxarest meri olmaq planlarını açıqladı. Dan qeyd edib ki, o, digər müxalifət partiyalarından namizədliyi üçün dəstək alacağına ümid etsə də, müxalifətin səsini bölmək istəmədiyindən başqa müstəqil namizədlə mübarizə aparmayacaq. O, həm USR, həm də Milli Liberal Partiyası tərəfindən dəstəkləndi. Səslərin 95%-i hesablandıqdan sonra ilkin nəticələr onun 42,8% səslə mer seçkilərində qalib gəldiyini göstərdi. 5 oktyabr 2020-ci ildə Nikuşor Dan 42,81% səs çoxluğu ilə keçmiş mer Qabriela Fireaya (37,97%) qalib gəldi və Mərkəzi Seçki Bürosu tərəfindən yeni mer statusunu təsdiqlədi.

2024-cü il seçkiləri

Milli Liberal Partiyası və Sosial Demokrat Partiyası arasında iqtidar ittifaqı tərəfindən 2024-cü ilin iyununda seçkilərin keçirilməsi ilə bağlı verilən qərardan sonra Dan yenidən mer olmaq üçün müstəqil namizəd kimi seçkilərdə iştirak etdi. Bu dəfə o "USR", "Xalq Hərəkatı Partiyası" və "Vahid Sağ Alyansı partiyasının" dəstəyi ilə müstəqil siyasətçi kimi ikinci müddətə mer kimi namizədliyini irəli sürdü. Seçkilər 9 iyun 2024-cü ildə Rumıniyada keçiriləcək Avropa Parlamenti seçkiləri ilə bir vaxtda keçirildi. Son ana qədər seçkilərin gərgin keçəcəyi gözlənilirdi, lakin Ekzitpol nəticələrinin böyük əksəriyyətinin 45% səslə qalib gələn Nikuşor Danın xeyrinə olduğunu göstərdi. Daha sonra o, özünü seçkilərin qalibi elan etdi. Səslərin hesablanmasından sonra Dan ümumi səslərin təxminən 48%-nı toplayaraq seçkilərin açıq qalibi oldu.

Qələbə nitqində Dan Buxarestdə iki referendum təşkil etmək niyyətində olduğunu bildirdi: biri Buxarest merinin tikinti icazələri ilə bağlı səlahiyyətlərinin mərkəzləşdirilməsi (təşviqat kampaniyasının təkrarlanan mövzusu), digəri isə maliyyəni meriya orqanları bölmələrinə deyil, daha çox Baş Meriyaya ayrılması ilə bağlı. Danın sözlərinə görə, "ayrı-ayrı seçkilərin təşkilatı xərclərini azaltmaq" üçün hər iki referendumun 2024-cü ildə Rumıniya parlament seçkiləri ilə eyni gündə keçirilməsi planlaşdırıldı.

2025-ci il Prezidentlik kampaniyası

2024-cü il prezident seçkilərinin ləğvindən sonra bir neçə QHT və partiya liderləri Nikuşor Danı təkrar seçkilərdə iştirak etməyə çağırdı. Dekabrın 16-da o, 2025-ci ildə Rumıniyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqladı. Onun bu açıqlaması çoxları üçün gözlənilməz oldu, çünki o, seçkilərdən əvvəl ən azı bir müddət Buxarest meri olmaq niyyətində olduğunu bildirərək "Buxarestdə işləri yoluna qoymaq üçün ən azı 2-3 müddətə ehtiyac duyacağını" bildirmişdi. Konstitusiya Məhkəməsi Corc Simion və Viktor Pontanın namizədliyi ilə birlikdə martın 16-da onun namizədliyini təsdiqlədi. Martın 22-də püşkatma nəticəsində Dan səsvermə bülletenində namizədlər siyahısının sonunda yer aldı. Mayın 4-də keçirilən səsvermənin birinci turunda Dan 20,99% səslə ikinci olub. Mayın 18-də o, ikinci turda Corc Simionla qarşılaşdı və 53,6% səslə Prezident seçkilərində qalib gəldi.

Prezidentliyi (2025 — Hal-hazırda)

Nikoşor Dan 26 may 2025-ci ildə Prezident kimi andiçmə mərasimi keçirdi. İnaqurasiya nitqində o, Rumıniyanın iqtisadi problemləri ilə məşğul olacağına söz verdi və eyni zamanda "Rumıniya dövlətinin ödəyə biləcəyindən daha çox pul xərclədiyini" etiraf etdi. O, həmçinin "cəmiyyətin səsinə açıq" bir prezident olmağa söz verdi. Dan vəzifədə olduğu ilk həftələrdə bütün diqqətini yeni hökumətin formalaşmasına yönəltmişdi. Qeyd edilmişdir ki, danışıqlar əvvəlki illərlə müqayisədə xeyli uzanıb və bu, rumınlar və onun həmkarları tərəfindən həm tərif, həm də tənqidə səbəb olmuşdu. İlk həftələr ərzində yeni seçilmiş prezident tez-tez səhər tezdən ailəsi ilə kirayə qaldığı evin qapısında jurnalistlərlə qarşılaşır və suallara cavab verirdi. Onu ictimaiyyətə müsbət tərəfdən göstərən başqa bir cəhət qızını məktəbə evindən piyada, yalnız Mühafizə xidmətinin agentinin müşayiəti ilə aparması idi.

Beynəlxalq əlaqələrdə Nikoşor Danın prezidentliyi Avropa İttifaqı və NATO-da müəyyən sabitlik gətirdi. Onun seçilməsi, həmçinin Rumıniya valyutasının avroya qarşı bahalaşmasının sabit artımını və xarici firmalar üçün investisiya riskinin azalmasına səbəb oldu. O, vəzifəyə gəldiyi gündən səhiyyə sistemində islahatlar, senatorlar və deputatlar üçün mənzil subsidiyalarının ləğvi, korrupsiya, iqtisadi dirçəliş kontekstində hökumət tərəfindən razılaşdırılmış büdcə islahatları və ekoloji tənzimləmə ilə bağlı əsaslı qanunları imzaladı.

Dan ardıcıl olaraq Qərbyönlü fikirləri müdafiə edərək, Rumıniyanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını milli təhlükəsizlik və iqtisadi tərəqqinin təməli kimi vurğulayır. 2025-ci il prezidentlik kampaniyasında Dan özünü Qərb demokratik dəyərlərinin sadiq müdafiəçisi kimi göstərərək NATO-nun Rumıniyada mövcudluğunu dəstəklədi.

Şəxsi həyatı

Nicușor Dan şəxsi həyatı ilə bağlı təmkinliliyi ilə tanınır. Mirabela Qradinaru ilə ailəlidir, cütlüyün iki övladı var: Ahea adlı qızı və Antim adlı oğlu.

Üst