Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nur Camaatı (türk. Nur Cemaati) — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmış türkiyəli camaatlıq. Camaatın davam

Nur Camaatı

Vikipediya, azad ensiklopediya

Nur Camaatı (türk. Nur Cemaati) — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmış türkiyəli camaatlıq. Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. "Risaləyi-Nur" məcmuəsinə daxil olan risalələri oxuyana "Nur tələbəsi" deyilir. Hazırda hərəkat "Nur Camaatı" adı ilə də tanınır.

Nur camaatının yayılması

Risaləyi-Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də "Risaləyi-Nur"lar oxunur.

1996-cı ildə Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan hesabatda Nur camaatının qolları və fəaliyyətləri aşağıdakı şəkildə açıqlanmışdır:

  1. Yazıçılar qrupu (Əhməd Xosrov Altınbaşaq)
  2. Sözlər qrupu (Mustafa Sunqur)
  3. Süffə qrupu (Mehmed Qırxıncı)
  4. İstanbul qrupu (Abdullah Yeğin, Hüsnü Bayram, Əhməd Aytimur)
  5. Qurdoğlu qrupu (Mehmed Kurdoğlu)
  6. İxlas Nur qrupu (M. Səid Özdəmir)
  7. Nəsil qrupu (Mehmed Fırınçı)
  8. Yeni Asiya qrupu (Yeni Asiya qəzeti, Mehmed Qutlular)
  9. Zəhra qrupu (İzzəddin Yıldırım)
  10. Məd-Zəhra qrupu (Məhəmməd Siddiq Dursun)
Üst