Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Növrəstə Bağır qızı Quliyeva (1906, Qarabağlar, Naxçıvan qəzası – 3 fevral 1982, Qarabağlar, İliç rayonu) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Növrəstə Quliyeva

Vikipediya, azad ensiklopediya
Növrəstə Quliyeva
azərb. Növrəstə Bağır qızı Quliyeva
Doğum tarixi
Doğum yeri Qarabağlar, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (75–76 yaşında)
Vəfat yeri Qarabağlar, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı  Rusiya İmperiyasıSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tütünçü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Növrəstə Bağır qızı Quliyeva (1906, Qarabağlar, Naxçıvan qəzası3 fevral 1982, Qarabağlar, İliç rayonu) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyatı

Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.

Üst