Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sadıxlı Nüşabə Ağabala qızı (5 mart 1949, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri.

Nüşabə Sadıxlı

Vikipediya, azad ensiklopediya
Nüşabə Sadıxlı
Müsavat Partiyası başqanının müavini
Vəzifədədir
18 may 2024-cüildən
Başqanİsa Qəmbər
ƏvvəlkiNemət Kərimli
? 29 dekabr 2014
Başqanİsa Qəmbər
Müsavat Partiyası Məclisinin sədri
27 dekabr 2014 4 may 2024
ƏvvəlkiArzu Səmədbəyli
SonrakıArif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1949(1949-03-05) (77 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (2003-cü ilədək),
  • Müsavat Partiyası (2003-cü ildən)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent

Sadıxlı Nüşabə Ağabala qızı (5 mart 1949, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri.

Həyatı

Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Dünyanın bir çox ölkələrində elmi konfransların iştirakçısı olub. 19 elmi məqalənin və "İvan Varov" (1998) "Bolqarıstan türklərinin ədəbiyyatı" (2009) adlı iki dərs vəsaitinin müəllifidir.

1988-ci ildən Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısıdır. 1989-cu ildən AXC-nin üzvü və mərhum eks-prezident Əbülfəz Elçibəyin müşaviri olub. Eyni zamanda Aydınlar Birliyinin idarə heyətinin, Bütöv Azərbaycan Birliyinin, Milli Müqavimət Hərəkatının üzvü kimi fəaliyyət göstərib. Hazırda Müsavat Partiyası divanının üzvüdür. Uzun müddət Müsavat Partiyasının başqan müavini çalışmışdır. 2014–2024-cü illərdə Müsavat Partiyası Məclisinin sədri olmuşdur. Hazırda Müsavat Partiyasının başqan müavinidir.

Ailəlidir. İki oğlu və dörd nəvəsi var.

Üst