| Nəsib Quliyev | |
|---|---|
| Nəsib Cəfər oğlu Quliyev | |
| |
| Doğum tarixi | 1951 |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vəfat səbəbi | Odlu silahdan İntihar |
| Dəfn yeri | |
| Elmi dərəcəsi | Tibb elmləri doktoru |
| Elmi adı | professor |
| İş yeri | ET Pediatriya İnstitutunun direktoru |
| Təhsili |
|
| Mükafatları | |
Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024, Abşeron rayonu) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti.
Həyatı
Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. 1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.
Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.
Ailəlidir, 3 övladı var.
Ölümü
24 aprel 2024-cü ildə Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar edib. Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
- 1951-ci ildə doğulanlar
- Aşağı Şorcada doğulanlar
- 24 apreldə vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- Mehdiabadda dəfn olunanlar
- Daşkənd kənd orta məktəbinin məzunları
- Azərbaycan Tibb Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Abşeron rayonunda vəfat edənlər
- Azərbaycan alimləri
- Azərbaycan həkimləri
- Tibb elmləri doktorları
- Professorlar
- Göyçədə doğulanlar
