Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur.

Nəsimi dastanı

Vikipediya, azad ensiklopediya
Nəsimi dastanı
Tipi Klassik
Bəstəkar Fikrət Əmirov
Librettist Anar
Xoreoqraf Nailə Nəzirova
Premyera
  • 23 sentyabr, 1973
  • Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Personajlar Nəsimi, sevgilisi, cəlladlar

"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür.

Məzmun

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir.

I səhnə: Cəlladların rəqsi
II səhnə: Nəsiminin monoloqu
III səhnə: Nəsimi və sevgilisinin birinci dueti
IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi
V səhnə: Hücum
VI səhnə: Qızların kədəri
VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti
VIII səhnə: Nəsiminin üsyanı
IX səhnə: Savaş
X səhnə: Əbədilik

Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.

Həmçinin bax

Üst