Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Teatrın əsası 15 iyul 2013-cü ildə qoyulub. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakı şəhəri, Topçubaşov küçəsi, 38

Oda Teatrı

Vikipediya, azad ensiklopediya
Oda Teatrı & ADO Theatre
Ümumi məlumatlar
Əsası qoyulub 15 iyul 2013
Təsisçi Elmin Bədəlov
Mükafatları Fransada keçirilən "Oriak 2015 küçə teatrları festivalı" və Təbrizdə keçirilən 4-cü "Təbrizim" beynəlxalq küçə teatrı festivalı, Britaniya İETM formu, 2022-ci il Berliner Festsipiele, Berlin In the Mountains Festival
Heyət
Bədii rəhbər Elmin Bədəlov

Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr.

Tarixi

Teatrın əsası 15 iyul 2013-cü ildə qoyulub. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakı şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə, ümumilikdə isə 6 dəfə məkanını dəyişib. Teatr adını "ADO Theatre” edib (Azərbaycan Dağınıq Oda teatrı).

ADO fəaliyyətini beynəlxalq müstəvidə davam etdiri. Teatrın sistemli təzyiqlərdən sonra Azərbaycanda rəsmi olaraq fəaliyyətini dayandırması haqqında teatrın qurucusu Elmin Bədəlov Berlində Correctiv platformasının təşkil etdiyi GenEast-da danışıb.

Fəaliyyəti

Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin "Səncə döyəcəklər?", Qoqolun "Evlənmə", Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin "Qisas" hekayəsi əsasında hazırlanan "Xəyali Qisas", Peter Turrininin "Axır ki, qurtardı" əsəri əsasında hazırlanan "Suicide"(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib. Daha sonra teatr adını dəyişib "ADO Theatre" edib (Azərbaycan Dağınıq Oda teatrı). Teatr həmçinin Elmin Bədəlovun müəllifi olduğu eyniadlı əsərlər əsasında STOP, Ağ-Qara, GOTT və ya Cənnətin İşğalı, Göydən 3 Banan Düşdü, Bertold Brextin “Meşşan toyu” pyesi əsasında TOY, Bernard Marie Koltesin “Meşələrdən əvvəl gələn gecə” əsəsri əsasında “Yağış, Yağış, Yağış”, Falk Rixterin “Güvən” pyesi əsasında RİNG və.b tamaşalar hazırlanıb.

Teatr fəaliyyəti dönəmində geniş fəaliyyət sahəsinə malik olub. Belə ki, karikatura festivalları, sərgilər, performanslar, küçə performansları, kitab çapı və təqdimatları, musiqi günləri və.s tədbirlər təşkil edib.

Üst