Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ofeliya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Preziden

Ofelya Sənani

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Ofeliya Sənani
Doğum tarixi (85 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
Fəaliyyəti televiziya aparıcısı, aktrisa
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Ofeliya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.

Həyatı

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

2002-ci ildən prezident təqaüdçüsü olub. 2026-cı ildə sənətkarın 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda yaradıcılıq gecəsi keçirilmişdir.

Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.

Filmoqrafiya

  • Dağlarda döyüş (film, 1967)
  • Sahil bağı (film, 1967)
  • O qızı tapın (film, 1970)
  • Yeddi oğul istərəm... (film, 1970)
  • Gün keçdi (film, 1971)
  • Ulduzlar sönmür (film, 1971)
  • Var olun, qızlar... (film, 1972)
  • Skripkanın sərgüzəşti (film, 1972)
  • Mücrü (film, 1973)
  • Tütək səsi (film, 1975)
  • Ürək... Ürək... (film, 1976)
  • Arxadan vurulan zərbə (film, 1977)
  • Qayınana (film, 1978)
  • Dantenin yubileyi (film, 1978)
  • Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) – rol: sərnişin
Üst