| Ofeliya Sənani | |
|---|---|
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Həyat yoldaşı | |
| Fəaliyyəti | televiziya aparıcısı, aktrisa |
| Mükafatları | |
Ofeliya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.
Həyatı
Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).
2002-ci ildən prezident təqaüdçüsü olub. 2026-cı ildə sənətkarın 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda yaradıcılıq gecəsi keçirilmişdir.
Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.
Filmoqrafiya
- Dağlarda döyüş (film, 1967)
- Sahil bağı (film, 1967)
- O qızı tapın (film, 1970)
- Yeddi oğul istərəm... (film, 1970)
- Gün keçdi (film, 1971)
- Ulduzlar sönmür (film, 1971)
- Var olun, qızlar... (film, 1972)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Mücrü (film, 1973)
- Tütək səsi (film, 1975)
- Ürək... Ürək... (film, 1976)
- Arxadan vurulan zərbə (film, 1977)
- Qayınana (film, 1978)
- Dantenin yubileyi (film, 1978)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) – rol: sərnişin
- Yaşayan insanlar
- 26 mayda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Azərbaycan aktrisaları
- Diktorlar
- Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri