Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Oleq Əmirbəyov (tam adı: Oleq Arnoldoviç Əmirbəyov ; d. 16 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, ju

Oleq Əmirbəyov

Vikipediya, azad ensiklopediya
Oleq Əmirbəyov
Oleq Arnoldoviç Əmirbəyov
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Monteneqro Monteneqro
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Fidan Əmirbəyova
Atası Arnold Xarçenko
Anası Rita Əmirbəyova
Fəaliyyəti Aktyor, teleaparıcı,
Fəaliyyət illəri 2010–h.h.
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2021

Oleq Əmirbəyov (tam adı: Oleq Arnoldoviç Əmirbəyov ; d. 16 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, jurnalist, Azərbaycanın əməkdar artisti (2021). Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru (2026).

Həyatı

Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır. 14 fevral 2026-cı ildə mədəniyyət naziri müvafiq əmri ilə Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Şəxsi həyatı

Evlidir. Cəmil adlı bir oğlu var.

Mükafatları

17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Sübhün səfiri (film, 2012)
  2. Ən sadə soyad (film, 2012)
  3. Ağabəyovlar (film, 2012-2014)
  4. Mən evə qayıdıram (film, 2014)
  5. Tağıyev. Çar (film, 2025)
Üst