Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Oqtay Əsgər oğlu Kərimov (6 iyun 1967, Bakı) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (2022-ci ildən), polis general-leytenantı (2023).

Oqtay Kərimov

Vikipediya, azad ensiklopediya
Oqtay Kərimov
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Vəzifədədir
16 dekabr 2022-ciildən
NazirVilayət Eyvazov
ƏvvəlkiOruc Zalov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi
2016 16 dekabr 2022
ƏvvəlkiCavanşir Məmmədov
SonrakıSərdar Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1967(1967-06-06) (58 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbi[d] (–1988),
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (–1997)
Rütbəsi
Polis general-leytenantı

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 "Vətən uğrunda" medalı — 2018 "İgidliyə görə" medalı — 2004 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Oqtay Əsgər oğlu Kərimov (6 iyun 1967, Bakı) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (2022-ci ildən), polis general-leytenantı (2023).

Həyatı

Oqtay Əsgər oğlu Kərimov 6 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini, 1997-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

Oqtay Kərimov 1988–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri olmuşdur. 1992-ci ildən 2015-ci ilədək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, Baş idarə rəisinin müavini, 2015–2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin birinci müavini, 2016–2022-ci illərdə isə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir. 16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Oqtay Kərimova 29 iyun 2017-ci ildə polis general-mayoru, 25 iyun 2023-cü ildə polis general-leytenantı isə ali xüsusi rütbələri verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 30 iyun 2004-cü ildə "İgidliyə görə" medalı, 1 iyul 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 29 iyun 2018-ci ildə "Vətən uğrunda" medalı, 2 iyul 2021-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Üst