| Orxan Hüseynzadə | |
|---|---|
Vəzifədədir | |
| 1 noyabr 2024-cü ildən | |
| Əvvəlki | Tofiq İbrahimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| | |
| Təltifləri | |
Orxan Hüseynzadə (tam adı: Orxan Rüfət oğlu Hüseynzadə; 1983, Bakı) — Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
Həyatı
Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2012–2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.
2018-ci ildən 2024-cü ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Mükafatları
23 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
- 1983-cü ildə doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bakıda doğulanlar
- Ağdaş Rayon İcra Hakimiyyətinin başçıları