Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Göyçay Rayon İcra Hakimiyyətinin başçısı., Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (11 avqust 2022 - 12 n

Orxan Mürsəlov

  • Ana Səhifə
  • Orxan Mürsəlov

Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Göyçay Rayon İcra Hakimiyyətinin başçısı., Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (11 avqust 2022 - 12 noyabr 2025).

Orxan Mürsəlov
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2025-ci ildən
ƏvvəlkiElvin Paşayev
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
11 avqust 2022 – 12 noyabr 2025
Əvvəlkiİbrahim Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1986(1986-07-26) (39 yaş)
Doğum yeri
  • Bryansk, Bryansk vilayəti, RSFSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2004–2008),
  • Azərbaycan Dövlət İqtisad Universiteti (2010–2012)
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

Həyatı

Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.

Siyasi fəaliyyəti

Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub, Prezidentin digər sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    I Xəlilullah

  • Mart 26, 2026

    Ənvər Əlibəyli

  • Aprel 03, 2026

    Müslüm Maqomayev

  • Mart 27, 2026

    G

  • Aprel 05, 2026

    Salyan sultanlığı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst